Biləsuvarda Qurban bayramı ilə bağlı tədbirlər keçirildi.
24 sentyabr 2015-ci il tarixdə Biləsuvar rayonunda Müqəddəs Qurban Bayramı münasibətilə tədbirlər keçirildi.
Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə, müəssisə, təşkilatların kollektivləri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edənlər bayram münasibətilə rayon əhalisini təbrik etdikdən sonra bayram duaları oxundu və qurbanlar kəsildi.
Kəsilərən qurbanlar Qarabağ müharibəsi veteranları, şəhid ailələri, Cernobul əlilləri, digər imtiyazlı ailələr, əlillər və imkansızlar olmaqla 800 ailəyə bayram sovqatı olaraq paylanıldı.
Bundan əlavə əhalinin rahat şəkildə qurbanlıq heyvanlara olan təlabatını ödəmək və qiymət artımının qarşısını almaq məqsədilə şəhərin bir neçə hissəsində kəsim yerləri təşkil edilmişdi.