Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksində 15 sentyabr - Bilik günü qeyd olundu.
Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksində 15 sentyabr - Bilik günü qeyd olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev,Millət vəkili Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Vüqar Əhmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, liseyin kollektivi, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Bəhruz Mehdiyev Lisey-Məktəb Kompleksi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, respublikamızda demək olar ki, ən müasir tələblərə cavab verən liseylərdən biri olan bu tədris ocağında müəllimlər və şagirdlər üçün bütün imkanlar yaradılmışdır.Məhz göstərilən bu qayğının nəticəsidir ki məzunlarımız tam olaraq respublikanın müxtəlif mötəbər ali təhsil ocaqlarının tələbələridir.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək Liseyin müəllim və şagird kollektivini Bilik günü münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.M.Quliyev bildirdi ki, doğrudan da bu təhsil müəssisəsi çox böyük uğurlara imza atmaqda davam edir.Burada oxuyan hər bir şagird sabahın savadlı və vətənpərvər bir gəncidir.Bəlkə də Respublikamızın yeganə təhsil ocaqlarından biridir ki, bu müəssisənin bütün şagirdləri ali məktəblərə yüksək balla qəbul olunurlar.Sonra M.Quliyev yüksək nəticələr qazandıqlarına görə liseyin kollektivinə öz minnətdarlığını bildirdi, yeni-yeni uğurlar arzuladı.
Millət vəkili Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Vüqar Əhmədov çıxış edərək Liseyin kollektivinə xoş arzularını bildirdilər.
Sonda qonaqlar Biləsuvar Lisey-Məktəb Kompleksinə baxış keçirdilər.