15 sentyabr - Bilik günü münasibətilə Biləsuvar rayonunun ümumtəhsil məktəblərində tədbirlər keçirildi.
15 Sentyabr - Bilik günü münasibəti ilə rayonun bütün təhsil ocaqlarında tədbirlər keçirildi. Biləsuvar şəhər 4 saylı tam orta məktəbində təşkil olunmuş Bilik günü tədbirində rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, AMEA-nın məsul işçisi, iqtisad elmləri doktoru, professor Adil Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əli Əliyev məktəb haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Məhz Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün rayonumuzun demək olar ki əksər məktəbləri ən müasit tələblərə cavab verən yeni binalarda fəaliyyət göstərir.Müəllim və şagirdlərimiz üçün bütün şərait yaradılmışdır.Ə.Əliyev məktəbin kollektivi adından qonaqları əmin etdi ki, məktəbimiz əvvəlki ənənəsinə sadiq qalaraq bundan sonra da bütün qüvvəsi ilə çalışaraq cəmiyyətimiz üçün əsl vətənpərvər və savadlı kadrlar yetişdirəcəkdir.
Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri Bilik günü münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.M.Quliyev bildirdi ki, Ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət rayonumuzda da öz müsbət nəticələrini verir. Son illər rayonumuzda 13 yeni məktəb tikilmiş 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Təhsil ocaqlarının maddi-texniki bazası yenilənir, informasiya kommunikasiya texnologiyaları ilə təminat yaxşılaşdırılır.Bütün yaradılan bu şərait müəllimlərimizin rahat və gözəl binalarda işləsinlər, şagirdlərimiz isə gözəl məktəblərdə dərs keçsinlər.
Respublika Bilik Fondunun məsul işçisi Aqil Əsədov, rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov və digərləri çıxış edərək yeni dərs ili və 15 sentyabr bilik günü münasibətilə müəllim və şagirdləri təbrik edərək onlara ən xoş arzularını bildirdilər.
Sonra şagirdlərin ifalarında rəqslər nümayiş olundu və birincilərin hazırladıqları kompazisiya söylənildi.
Sonda yeni tədris ilinin başlandığını bildirən ilk zəng çalındı və sinif otaqlarına baxış keçirildi.