Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun Yuxarı Ağalı və Muğan kəndlərinin əhalisi təbii qazla təmin edildi.

28 avqust 2015 | 15:00

28 avqust 2015-ci il tarixdə rayonun Yuxarı Ağalı və Muğan kəndlərinə təbii qazın verilməsi ilə bağlı tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Azəriqaz” İstehsalat Birliyinin Lənkaran Regional Qaz İstismar İdarəsinin rəis müavini İxtiyar Seyfullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon aktivi, kənd sakinləri və KİV münayəndələri  iştirak etdilər.
Açılışda Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev  bildirdi ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun qazlaşdırılması istiqamətində icrasına başlanılmış  geniş miqyaslı işlər artıq yekunlaşmaq üzrədir.Aparılan təmir-tikinti işlərindən sonra   rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunub.
Bu gün Yuxarı Ağalı və Muğan  kəndlərinin əhalisi təbii qazla təmin olunur.Bununla da  rayonun Arazbarı kəndindən başqa bütün kəndləri və Biləsuvar şəhəri təbii qazla təmin olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza   göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, rayonun təbii qazla təminatı demək olar ki,  tam başa çatdırılmışdır.Əhalinin elektrik enerjisi ilə təchizatında əsaslı işlər aparılır, ayrı-ayrı infrastruktur layihələrin icrası davam etdirilir. Ölkə başçısının birbaşa rəhbərliyi və köməkliyi ilə  rayonumuzda həyata keçirilən bu genişmiqyaslı işlər   hər kəsin ürəyindən xəbər verir.
M.Quliyev rayon əhalisinə göstərilən bu diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə biləsuvarlılar adından öz minnətdarlığını bildirdi.
“Azəriqaz” İstehsalat Birliyinin Lənkaran Regional Qaz İstismar İdarəsinin rəis müavini İxtiyar Seyfullayev çıxış edərək respublikamızın bütün regionlarında əhalinin təbii qazla təmin edilməsi istiqamətində ciddi işlərin aparıldığını bildirdi.
Kənd sakinləri çıxış edərək onlara göstərilən bu yüksək qayğıya gorə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.
Sonda  hər iki kəndə təbii qazın verilməsini bildirən məşəl alovlandırıldı.

Keçidlər