Biləsuvar rayonunda “Sosial təminatlı yeni iş yerlərinin açılmasında xeyriyyəçiliyin rolu” mövzusunda tədbir keçirildi.
20 avqust 2015-ci il tarixdə YAP Biləsuvar rayon təşkilatının iclas zalında Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin “Sosial təminatlı yeni iş yerlərinin açılmasında xeyriyyəçiliyin rolu” mövzusunda keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri Kamil Qurbanlı, İlqar Abbasov,“İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Bəxtiyar Rüstəmov, AMEA-nın elmi əməkdaşı Əli Fərhadov, rayon gəncləri, sahibkarlar və ictimayyətin nümayəndələri iştirak etdi.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Kamil Qurbanlı çıxış edərək rayonda sağlamlıq imkanları məhdud olan insanların məşğulluqunun təmin edilməsi və sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.
Sonra rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi İlqar Abbasov çıxış edərək rayonda aztəminatlı ailələrin problemlərinin həlli, onların işlə təmin olunması və yaşayışlarının yüngülləşdirilməsi istiqamətində aparılan işlər və həyata keçirilən tədbirlər barədə məlumat verdi.Bildirdi ki, rayonda işsizliyin aradan qaldırılması üçün həm ayrı-ayrı dövlət müəssisələrinin, həmdə özəl sahədə fəaliyyət göstərən müəssisələrin gücündən istifadə olunur.Bu gün rayonda kənd təsərrüfat sahəsində işləmək üçün kifayət qədər daimi və mövsümi işlər vardır.
Tədbirdə ,“İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Bəxtiyar Rüstəmov çıxış edərək bildirdi ki, respublikamızın bəzi rayonlarını əhatə edəcək layihənin məqsədi və başlıca vəzifələri barədə ətraflı məlumat verdi.
Tədbirdə digər çıxış edən natiqlər bildirdilər ki, layihənin həyata keçirilməsi əsasən insanların bu istiqamətdə maarifləndirilməsinə və onların dövlət və özəl strukturlarda fəaliyyət göstərməsinə yardımçı olacaqdır.