Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Milli mənəvi dəyərlər və müasir çağırışlar” mövzusunda konfrans keçirildi.

20 avqust 2015 | 15:00

20 avqust 2015-ci il tarixdə  Heydər Əliyev Mərkəzində Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin və Din Qurumlarla Iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli mənəvi dəyərlər və müasir çağırışlar” mövzusunda konfrans  keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Kamil Qurbanlı, “Yeni Üfüq” mənəvi İrsin Təbliği İctimai Birliyinin rəhbəri Sevinc Əzimbəyli, Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyidcamal Əzimbəyli, rayonun din xadimləri, ağsaqqallar, rayon ictimayyətinin  nümayəndələri iştirak etdi.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Kamil Qurbanlı rayonda milli mənəvi dəyərlər, adət ənənələrimiz və onların gənclər arasında təbliğ edilməsi istiqamətində görülən işlər barədə  məlumat verdi.Bildirdi ki,  xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün rayonumuzda da milli-mənəvi dəyərlərimizə hörmət və bu dəyərlərin gələcək nəsillərə çatdırılması üçün mütəmadi işlər görülür, məktəblərimizdə, mədəniyyət ocaqlarımızda gənclərimizlə bu istiqamətdə müftəlif maarifləndirici  tədbirlər keçirilir.Ayrı-ayrı dövlət qurumları tərəfindən gənclər arasında zərərli vərdişlərə qarşı təbliğati işlər aparılır.   Bu istiqamətdə aparılan əsas işlərdən biri respublikamızın hər yerində olduğu kimi  rayonumuzda da tolerantlığın hökm sürməsi və xalqımıza  xas olan tolerantlıq ənənələrinin  qorunub saxlanılmasıdır.Rayonda qeydiyyata alınmış  dini qurumlar üçün  qanunauyğun şərait  yaradılır, rayon  ərazisində dini duruma   nəzarət olunması  üçün  zəruri tədbirlər görülür. Hər bir Azərbaycan  vətəndaşı  müqəddəs dinimizin mədəni-əxlaqi  sərvət kimi  tətbiq olunması üçün  bütün vasitələrdən   istifadə etməyə, dini maarifləndirmə  işini  gücləndirməyə,  milli-mənəvi  dəyərlərimizi qorumağa borcludur. Bu gün hər birimizin  üzərində olan əsas məsuliyyətlərdən  biri də daim inkişaf və tərəqqi edən,  dünyəvi dövlətə  çevrilən  Azərbaycanın çiçəklənməsinə  öz töhfələrini verməkdir. 

Tədbirdə “Yeni Üfüq” mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək bildirdi ki, qloballaşan dünyada milli adət və ənənələr və  onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir: “Məhz bu səbəbdən insanların mənəviyyatı, əxlaq normaları və baxışları ilə bağlı mütərəqqi adət və ənənələrin yaradıcısı xalq hesab olunur. Bu irsin gələcəyə çatdıran isə gənclərdir və ailələr bu mənada onların təlim və tərbiyəsinə xüsusi diqqət yetirməlidir”.

Tədbirdə Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək bildirdi ki, bu gün dini kimliyimizlə bərabər milli kimliyinmizi də qorumalıyıq. C.Əzimbəyli ölkədə məzhəblərarası münasibətlərinin qorunmasında Azərbaycan dövlətinin misilsiz xidmətlərinin olduğunu diqqətə çatdırıb: “Ancaq bu gün dini alətə çevirərək dünyada vəhşi müsəlman obrazı formalaşdıran güc mərkəzlərinə Azərbaycanda da öz məkrli planlarını həyata keçirməyə fürsət verməməliyik. Hamılıqla dövlətin yanında olmağa imanımızla borcluyuq. Qarabağın azadlığı da dövlətimizin, ərazi bütövlüyümüzün, o cümlədən mənəvi dəyərlərimizin mühafizə olunmüsınadan keçir”.       

       Digər çıxış edən natiqlər də bu sahədə görülən işlərdən danışaraq milli mənəvi dəyərlərimizin və dinimizi qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı fikirlərini bildirdilər. 

 

 

 

 

Keçidlər