Biləsuvar rayonunun Səmədabad kəndinin əhalisi təbii qazla təmin edildi.
7 avqust 2015-ci il tarixdə rayonun Səmədabad kəndinə təbii qazın verilməsi ilə bağlı tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Azəriqaz” İstehsalat Birliyinin Lənkaran Regional Qaz İstismar İdarəsinin rəisi İsmət Əsgərov,hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon aktivi, kənd sakinləri və KİV münayəndələri iştirak etdilər.
Açılışda Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev bildirdi ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun qazlaşdırılması istiqamətində icrasına başlanılmış geniş miqyaslı işlər artıq yekunlaşmaq üzrədir.Aparılan təmir-tikinti işlərindən sonra rayonun 21 kənd yaşayış məntəqəsi və Biləsuvar şəhəri təbii qazla təmin olunub.
Hazırda Səmədabad və Yuxarı Ağalı kəndlərinin qazlaşdırılması işləri tam başa çatdırılmışdır.Bu gün Səmədabad kəndinin əhalisi təbii qazla təmin olunur.Yaxın günlərdə isə Yuxarı Ağalı kəndinə təbii qaz veriləcəkdir. Təbii qaz olmayan digər 2 yaşayış məntəqəmizdə də qaz xətlərinin çəkilişi aparılır. Bununla da Biləsuvar rayonunda qazlaşma işi tam başa çatdırılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, bu gün rayonun təbii qazla təminatı tam başa çatmaq üzrədir, əhalinin elektrik enerjisi ilə təchizatında əsaslı işlər aparılır, ayrı-ayrı infrastruktur layihələrin icrası davam etdirilir. Ölkə başçısının birbaşa rəhbərliyi və köməkliyi ilə rayonumuzda həyata keçirilən bu genişmiqyaslı işlər hər kəsin ürəyindən xəbər verir.
M.Quliyev rayon əhalisinə göstərilən bu diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə biləsuvarlılar adından öz minnətdarlığını bildirdi.
“Azəriqaz” İstehsalat Birliyinin Lənkaran Regional Qaz İstismar İdarəsinin rəisi İsmət Əsgərov çıxış edərək respublikamızın bütün regionlarında əhalinin təbii qazla təmin edilməsi istiqamətində ciddi işlərin aparıldığını bildirdi.
Kənd sakinləri çıxış edərək onlara göstərilən bu yüksək qayğıya gorə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.
Sonda kənddə təbii qazın verilməsini bildirən məşəl alovlandırıldı.