Biləsuvar rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş üzgüçülük üzrə rayon birincliyi keçirildi.
31 iyul 2015-ci il tarixdə Biləsuvar rayon Olimpiya İdman Kompleksində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhid Anar Qarazadə, Pərvin Əliyev və Rahil Hüseynovun xatirəsinə həsr olunmuş 14-17 yaşlı oğlanlar arasında üzgüçülük üzrə rayon birincliyi keçirildi.
İştirakçıları əvvəlcə şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş igid vətən oğullarının qəhrəmanlığından, döyüş rəşadətlərindən ətraflı bəhs etdi.Bildirdi ki, şəhidlərimiz torpaqlarımızın azadlığı üçün ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdilər.
Tədbirdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Kamil Qurbanlı çıxış edərək gənclərə nümunəvi,vətənpərvər bir gənc kimi yetişməyi tövsiyə etdi və idmançılara uğurlar arzuladı.
Sonra yarışa start verildi.2 yaş qrupu üzrə keçirilən yarışlarda 40 nəfər idmançı öz gücünü sınadı. 14-15 yaşlılar arasında Əlizadə Cəsur birinci, Məmmədli Məhəmməd ikinci, Rüstəmov Fərid üçüncü, 16-17 yaşlılar arasında Bədəlbəyli Elvin birinci, Bədəlbəyli Həsən ikinci, Rəhmənov Vüsal üçüncü yeri tutdular.
Qaliblər Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə təltif olundular.