Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyi, Daxili İşlər və Ədliyyə Nazirlikləri ilə birlikdə “Uşaqlar üçün ədliyyə” mövzusunda təlimlər keçirildi.

25 iyul 2015 | 15:00

24-25 iyul  2015-ci  il tarixlərdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində  BMT-in Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyilə birlikdə Biləsuvar, Salyan və Cəlilabad rayonlarının ədliyyə, polis, prokrorluq və yerli İcra Hakimiyyətlərinin yetkinlik yaşına  çatmayanların işləri və hüquqlarının müdafiəsi  üzrə komissiyalarının nümayəndələrinin iştirakı ilə “Uşaqlar üçün ədliyyə” mövzusunda təlimlər keçirildi.

             Təlimlərdə OMBUDSMAN aparatının nümayəndəsi Rəşid Rumuzadə, Ədliyyə Akademiyasının müəllimi Mətənət Əsgərova, Polis Akademiyasınlın müəllimi, polis podpolkovki Vüqar Mansurov, UNİCEF-in məsləhətçiləri Nazir Quliyev, Ramil İsgəndərli, Biləsuvar, Salyan və Cəlilabad rayon icra hakimiyyətlərinin və hüquq müahafizə orqanlarının nümayəndələri iştirak etdilər.

Təlimdə çıxış edən natiqlər bildirdilər ki, layihənin əsas qayəsi uşaq hüquqlarının qorunmasının müstəqil monitorinqinə dəstək vermək, adekvat hüquqi yardım və dəstəyə daha yaxşı çıxışı təmin etmək və qanunla ziddiyyətdə və əlaqədə olan uşaqlara dair cəmiyyətdəki anlayış və yanaşmanın yaxşılaşdırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatlarının bacarıq və imkanlarının artırılmasıdır.

 Bu layihə Azərbaycanda bir çox hökümət və qeyri-hökümət təşkilatları daxil olmaqla aidiyyatı qurumlarla tərəfdaşlıq şəraitində Azərbaycanda daha yuksək templərlə yuvenal ədliyyə islahatlarının davam etməsinə kömək edəcək və bu islahatların ədliyyəyə çıxış mexanizmlərini də əhatə etməsinə dəstək verəcəkdir.

Layihənin məqsədi, həmçinin, Azərbaycanın seçilmiş rayonlarında xüsusi tədbirlər və kampaniyalar vasitəsilə məlumatlılığın artırılması və cəmiyyətdə risk altında olan uşaqlara dair anlayış və yanaşmaya təsir etməkdir.

Tədbirdə qeyd olundu ki, layihədən respublika üzrə birbaşa 3000-dən artıq uşaq, yeniyetmə, onların ailəsi bəhrələnə biləcək. Layihə 10 rayonu əhatə etməklə, 300-dən artıq peşəkar işçilərə təlim keçiriləcəkdir.

          

 

Keçidlər