Biləsuvar rayonunda növbəti qanvermə aksiyası keçirildi.
27 iyul 2015 | 15:00
27 iyul 2015-ci il tarixdə Biləsuvar rayon xəstəxanasında talassemiya və digər xəstəliklərdən əziyyət çəkən insanlara kömək məqsədilə qanvermə aksiyası keçirildi.
Aksiyada rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyətinin və gənclərin nümayəndələri aktiv şəkildə iştirak edərək qan verdilər.
Gün ərzində davam edən tədbirdə Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən rayonun 101 nəfərdən çox sakinindən qan götürüldü.