Biləsuvarda Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunmuş “Azərbaycanın işgüzar əməkdaşlığa, sabitliyə və firavanlığa çağırışları media müstəvisində” Beynəlxalq Konfrans keçirildi.
22 iyul 2015-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Diaspora Mərkəzinin və Azərbaycan Sosial Rifah Partiyasının təşkilatçılığı ilə “22 iyul Milli Mətbuat Günü”nə həsr olunmuş “Azərbaycanın işgüzar əməkdaşlığa, sabitliyə və firavanlığa çağırışları media müstəvisində” Beynəlxalq Konfrans keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov, Millət vəkili Xanhüseyn Kazımlı, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, respublikanın tanınmış elm adamları, professorlar, Türkiyə, Gürcüstan, İsrail dövlətlərinin rəsmiləri və diaspor təşkilatlarının üzvləri, mərkəzi və yerli mətbuat və televiziya orqanlarının rəhbərləri və əməkdaşları, rayon ictimayyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoyduqdan sonra Heydər Əliyev muzeyi ilə tanış oldular.
Tədbiri Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov açaraq milli mətbuatımızın 140 illik yubileyi münasibətilə iştirakçıları təbrik etdi və bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2 iyun 2015-ci il tarixli “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq rayonumuzda da tədbirlər planı hazırlanmış və geniş şəkildə qeyd olunur.X.Məmmədov əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini qeyd edərək müstəqil Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələri üzrə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək qiymətləndirdi.
Milli Məslisin deputatı Xanhüseyn Kazımlı “Azərbaycanın işgüzar əməkdaşlığa, sabitliyə və firavanlığa çağrışları media müstəvisində” mövzusunda məruzə etdi.
Tədbirdə çıxış edən qonaqlar ölkəmizdə söz və mətbuat azadlığı, mətbuatın qazandığı böyük uğurlardan danışdılar və bu işlərin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladılar. Bildirildi ki, Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə daima diqqətini əsirgəmədi.
Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdilər. Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2015-ci il tarixdə imzaladığı "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" sərəncamını jurnalistlərə yüksək qayğının əyani təzahürü kimi dəyərləndirdilər.
Sonda İşçi qrupu tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fərqlənən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olundu.