Şriftin ölçüsü :

Saytın rəngi :

25 fevral 2026-cı il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib.

25 fevral 2026 | 16:49

Şura iclasında Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətovun, şura üzvlərinin, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, İnzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə 2 məsələ müzakirə olunub.

Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdikdən sonra birinci məsələ olan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq rayon Gənclər və İdman sektoru, Gənclər Evi və gənclər təşkilatları tərəfindən gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər, eləcə də rayonda idmanın inkişafının dayanıqlı olması, gənc idmançıların hazırlanması, onların respublika və beynəlxalq turnirlərdə, idmanın faydaları ilə bağlı maarifləndirmə işində daha fəal iştirakının təmin olunması sahəsində rayon Gənclər və İdman Sektorunun gördüyü işlər barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşovanın və ikinci məsələ olan “Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2025-ci il tarixli 546 nömrəli Fərmanın icra vəziyyəti barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Qurban Nuriyevin hazırladıqları arayışılar dinlənilib.

İclasın gündəliyinə daxil edilmiş məsələlər şura üzvləri tərəfindən geniş müzakirə olunduqdan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov gündəliyə daxil edilmiş məsələlər ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə, İnzibati ərazi dairələri üzrə icra nümayəndələrinə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Müzakirə olunan məsələnin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edilib.

Keçidlər