Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda iftar süfrəsi təşkil olundu.

08 iyul 2015 | 15:00

8 İyul 2015-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dindarlar və rayon ictimaiyyəti üçün  iftar süfrəsi təşkil olundu.
İftarda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri  iştirak etdi.
İftar mərasimində rayonun "Cümə" məscidinin axundu hacı Əlifağa Murtuzov  tərəfindən Qurani-Kərimdən ayələr  və Ramazan duası oxundu. Hacı Əlifağa  Ramazan ayının dini və sosial mahiyyətindən danışaraq, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə tolerantlıq hökm sürür, dövlətlə din arasında sıx birlik vardır.
M.Quliyev bildirdi ki, bu gün də Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin  rəhbərliyi ilə görülən  işlərin, aparılan uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz bütün sahələrdə sürətli inkişaf edir.Bunu respublikamızda son günlər yüksək səviyyədə təşkil olunan və keçirilən  I Avropa oyunlarının timsalında bir daha şahidi olduq.Hər bir Azərbaycanlı ölkəmizin qələbələrinə sevinir və qürur hissi keçirir.
Mahir Quliyev Ramazan ayının cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən,  adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayram olduğunu qeyd edərək  Ramazan bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi.
Mərasimdə ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısı xüsusi vurğulandı, edilən dualarda Uca Yaradandan xalqımıza firavanlıq, ölkəmizə sülh və əminamanlıq arzulandı.

Keçidlər