Biləsuvar rayonunda Polis Günü qeyd olundu.
02 iyul 2015-ci il tarixdə Biləsuvar rayonunda Polis Günü qeyd olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları iştirak etdi.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev 02 iyul - Polis işçilərinin peşə bayramı münasibəti ilə bütün polis işçilərini təbrik edərək bildirdi ki, Azərbaycan polisi həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət edib.Azərbaycan Polisinin uzun, tarixi və şərəfli bir yol keçmiş, Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu Öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev cənabları polis işçilərinə diqqət və qayğıkeşliklə yanaşır. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.
Tədbirin sonunda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev tərəfindən peşə bayramları münasibətilə rayon Polis şöbəsinin rəisi Əlyəddin Səfərova Fəxri Fərman təqdim olundu.