Biləsuvarda alovunu birinci Avropa Oyunlarının məşəlindən götürən rəmzi çıraq saxlanıldığı Heydər Əliyev Mərkəzində təntənəli surətdə söndürüldü.
26 aprel 2015-ci ildə Bakıda Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə olan birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. İlk məşəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Olimpiya ənənəsinə uyğun olaraq qədim od məbədi olan Atəşgahdan götürülərək 47 gün ərzində ölkəmizin hər bir guşəsini gəzib dolaşdı.
Bu əlamətdar hadisənin sevincini Biləsuvarlılar 03 may 2015-ci il tarixində yaşadı.Həmin gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli rayona gətirildi.Böyük ruh yüksəyliyi ilə keçən tədbirin sonunda “Bakı-2015” ilk Avropa Oyunlarının rəmzi çırağı saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.
Birinci Avropa Oyunları 17 gün müddətində yüksək səviyyədə keçirilərək 28 iyun 2015-ci il tarixdə başa çatdı.
Biləsuvar rayonunda da alovunu birinci Avropa Oyunlarının məşəlindən götürən və 03 may 2015-ci il tarixdən daima yanan rəmzi çıraq 28 iyun 2015-ci il tarixdə saxlanıldığı Heydər Əliyev Mərkəzində təntənəli surətdə söndürüldü.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayon sakinləri iştirak etdilər.