Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun Nərimankənd, Ağayrı və Günəşli kəndlərinin əhalisi təbii qazla təmin edildi.

25 iyun 2015 | 15:00

25 iyun 2015-ci il tarixdə rayonun Nərimankənd, Ağayrı və Günəşli kəndlərinə təbii qazın verilməsi ilə bağlı tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəisi Ramil İsgəndərov, “Azəriqaz” İstehsalat Birliyinin Lənkaran Regional Qaz İstismar İdarəsinin rəis müavini İxtiyar Seyfullayev iştirak etdilər.
Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun qazlaşdırılması istiqamətində icrasına başlanılmış  geniş miqyaslı işlər artıq yekunlaşmaq üzrədir.Aparılan təmir-tikinti işlərindən sonra   rayonun 18 kənd yaşayış məntəqəsi və Biləsuvar şəhəri təbii qazla təmin olunub. Bu gündən isə daha 3 kəndimizə təbii qazın verilməsinə başlanılır.Hazırda təbii qaz olmayan 4  yaşayış məntəqəmizdə də qaz xətlərinin çəkilişi aparılır. Yaxın aylarda rayonumuz tam şəkildə təbii qazla təmin ediləcəkdir.
M.Quliyev rayon əhalisinə göstərilən bu diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə biləsuvarlılar adından öz minnətdarlığını bildirdi.
“Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəisi Ramil İsgəndərov çıxış edərək respublikamızın bütün regionlarında əhalinin təbii qazla təmin edilməsi istiqamətində ciddi işlərin aparıldığını bildirdi.
Kənd sakinləri çıxış edərək onlara göstərilən bu yüksək qayğıya gorə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.
Sonda Hər üç kənddə təbii qazın verilməsini bildirən məşəl alovlandırıldı.

Keçidlər