Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda məişət zorakılığı sahəsində milli qanunvericilik və onun icra mexanizmlərinə dair maarifləndirmə tədbiri keçirildi.

20 iyun 2015 | 15:00

20 iyun 2015-ci il tarixdə  Biləsuvar rayon Heydər Əliyev Mərkəzində  Azərbaycan Respublikası Prezidenti  yanında  Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının  dəstəyi ilə “Ailə”  Sosial Araşdırmalar İctimai Birliyi  “Məişət  zorakılığı sahəsində   milli  qanunvericilik  və  onun  icra  mexanizmlərinə  dair  rayonda  maarifləndirmə tədbirlərinin təşkili” layihəsi  çərçivəsində maarifləndirmə tədbiri  keçirdi. 
Tədbirdə Ailə,  Qadın və Uşaq  Problemləri  üzrə  Dövlət   Komitəsinin  sədr  müavini  Sədaqət Qəhrəmanova, Biləsuvar rayon İcra Hakimiyyəti  başçısının müavini Xəyalə  xanım Qəmbərova, rayonun  fəal  ziyalı  qadınları,   gənclər   və   müvafiq  dövlət  orqanlarının  nümayədələri,   bələdiyyə  sədrləri iştirak etdilər.
Biləsuvar rayon İcra Hakimiyyəti  başçısının müavini-İctimai-siyasi və  humanitar  məsələlər  şöbəsinin müdiri Xəyalə  xanım Qəmbərova tədbirdə çıxış edərək rayonda bu istiqamətdə görülən işlər baradə ətraflı məlumat verdi.
Sonra  “Ailə”Sosial Araşdırmalar  İctimai  birliyin nümayəndəsi  Nigar xanım Ağayeva çıxış edərək Azərbaycan Respublikası Prezidenti  yanında  Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının  dəstəyi ilə “Ailə”  Sosial Araşdırmalar İctimai Birliyi  “Məişət  zorakılığı sahəsində   milli  qanunvericilik  və  onun  icra  mexanizmlərinə  dair  rayonda  maarifləndirmə tədbirlərinin təşkili” layihəsi  çərçivəsində maarifləndirmə tədbiri  keçirilməsinin məqsədlərini  açıqladı  və  bu istiqamətdə  ictimai  birlik tərəfindən görülmüş  işlər barədə məlumat verildi.
“Ailə” Sosial Araşdırmalar  İctimai  birliyin  eksperti Vəlihə xanım  Abdullayeva  məişət  zorakılığından  geniş  məruzə  edərək  zorakılığın  növlərini  təhlil  edərək,  fiziki  zorakılıq,  psixoloji  zorakılıq,  iqtisadi zorakılıq və  cinsi  zorakılıqdan açıqlama verdi.
Sonda  “Ailə”Sosial Araşdırmalar  İctimai  birliyin  məişət   zorakılığım  üzrə   Ailə,  Qadın və Uşaq  Problemləri  üzrə  Dövlət   Komitəsinin  sədr  müavini  Sədaqət Qəhrəmanova  geniş  məruzələrlə  çıxış  edərək  Azərbaycan  ailəsinin milli  dəyərlərindən  bəhs   etdi.
Tədbir görüş iştirakçılarının  sual-cavabları  ilə  yekunlaşdı.

Keçidlər