Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bağbanlar kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirildi.

04 iyun 2015 | 15:00

Bağbanlar kəndi rayonun şimal-qərb istiqamətində yerləşir. Bağbanlar inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Aranlı Çinarlı, Zəhmətabad, Əliabad kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 980 təsərrüfat, 4210 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 həkim ambulatoriyası, 1 Mədəniyyət evi, 1 kitabxana, poçtampt və rabitə qovşağı fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Bağbanlar inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, 2,1 km məsafədə kəndin mərkəzi yolu asfaltlaşdırılmış, 5 km kəndaxili yol isə qum-çınqıl qarışığı ilə təmir olunmuşdur.Kənd ərazisində bələdiyyə tərəfindən park salınmış,həkim amubatoriyasında təmir işləri aparılmış, “Modul” tipli su durulducu qurğu tikilərək əhalinin istifadəsinə verilmişdir.Uzun illərdən bəri təbii qaz olmayan Bağbanlar əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla  təmin olunur.
İyunun 4-də Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev Bağbanlar kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirildi.
Tədbirdə Bağbanlar   kənd İcra nümayəndəsi Valeh Əliyev   çıxış edərək ötən  dövr  ərzində  görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi.
Görüşdə kənd sakinləri G.Mirzəyev, Z.Əliyev, S.İbişov, A.Cəfərov və başqaları çıxış edərək ölkədə, rayonda və kənddə gedən quruculuq abadlıq işlərindən danışmışlar. Onlar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kəndlərimizə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da ölkə əhalisinin  firəvan yaşaması, iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. M.Quliyev Bağbanlar  kəndində də son illərdə bir çox quruculuq  işləri aparıldığını qeyd edərək bildirdi ki, digər kəndlərimiz kimi bağbanlar  kəndində  də   məktəb binası, yeni tibb məntəqəsi, poçt binası tikilib istifadəyə verilmişdir.Qaz, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılıb, kəndin yeni yaşayış massivlərindəki  yollara qum-çınqıl  örtük qoyulur, şor kollektorları qazılır, yeni infrastruktur layihələr həyata keçirilir.
M.Quliyev I Avropa Oyunlarına hazırlıqla bağlı ölkə miqyasında Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən ətraflı danışdı.Eyni zamanda o,çıxışında respublika üzrə keçirilən məşəl tədbirinin 03 may 2015-ci il tarixdə rayon əhalisinin yüksək əhval-ruhuyyəsi və mütəşəkkiliyi şəraitində keçirildiyini qeyd etdi.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Bağbanalr kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Qəbul zamanı müraciət edən  5 vətəndaşdan  4  müraciətinin icrası  ilə bağlı yerindəcə göstəriş verildi, digər problemlərinin həlli müəyyən vaxt tələb etdiyi üçün icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.

Keçidlər