30 may 2015-ci il tarixdə Biləsuvar rayonunun təhsil müəssisələrində“Son zəng” tədbirləri keçirildi.
Rayonun 36 ümumtəhsil məktəbində keçirilən bu tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova və aparatın məsul işçiləri idarə, müəssisə və təşkilatların rəhbərləri, valideynlər, müəllim və şagirdlər iştirak etdi.
Biləsuvar şəhər 4 saylı tam orta məktəbdə keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova çıxış edərək məktəbin kollektivinə, şagirdlərə və valideynlərə öz təbriklərini çatdırdı.X.Qəmbərova təhsli sahəsində görülən işlərdən danışaraq qeyd etdi ki, Ölkəmizin Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısının nəticəsidir ki, bu gun rayonumuzda təhsil sahəsində ölçüyəgəlməz işlər aparılır.Yeni-yeni məktəblər inşa olunur, əsaslı təmir edilir, yeni inventarlarla təchiz olunur.Məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərlərinə düşən vəzifələri layiqincə icra etməli, hər bir şagird elmə, təhsilə mükəmməl yiyələnməlidir.Şagirdlər həyata hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır.Bu sahədə müəllimlərimizin üzərlərinə böyük yük düşür.
Digər çıxış edən natiqlər də məktəbin kollektivinə və 11-cilərə xoş arzularını bildirdilər.
Sonra təhsli sahəsində uğur qazanan müəllim və şagirdlər mükafatlandırıldı və son zəng çalındı.
Tədbirdə incəsənət xadimlərinin ifasında konsert proqramı və rəqslər nümayiş etdirildi.
Sonda birincilərə hədiyyələr təqdim olundu.