Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon məktəbəqədər təhsil müəssislərində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi.

01 iyun 2015 | 15:00

1 iyun  2015-ci il  tarixdə Biləsuvar şəhər 1 saylı uşaq bağçası və körplər evində  “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının müavini Xəyalə xanım Qəmbərova, bağçanın müəllim və şagird kollektivi, valideynlər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan şəhər 1 saylı bağmanın müdiri  Lətəfat Quliyeva  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı ətraflı məlumat verdi.
Sonra  Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının müavini Xəyalə xanım Qəmbərova çıxış edərək “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı Mahir müəllimin adından uşaqları təbrik etdi və onlara göstərilən dövlət dəstəyindən danışdı. X.Qəmbərova qeyd etdi ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir.Ulu Öbndər Heydər Əliyev uşaqlara dövlər səviyyəsində qayğınə həmişə diqqət mərkəzində saxlayırdı.Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəıhbərliyi ilə həyata keçşirilən tədbirlər əsl şəffqət, mərhəmət və insanpərvərlik nümunəsidir.Ölkəmizin bütün bölgələrində  olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların sağlamlığı, təhsili, əyləncəsini təşkil etmək üçün mütəmadi olaraq  müxtəlif tədbirlər həyata keçirilir.Bu gun uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda  yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur, yeni parklar salınır.Uşaq hüquqlarının müdafiəsi ilə bağlı onlarca qeyri hökumət təşkilatları maarifləndirmə işləri aparır və onlara əməli köməkliklər göstərilir.X.Qəmbərova bir daha uşaqları təbrik edərək bildirdi ki, rayonumuzda həyata keçirilən bu tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Tədbirdə  çıxış edənlər bir daha uşaqları təbrik etdilər və onlara gələcək işlərində uğurlar dilədilər.
Sonda məktəbin şagirdləri tərəfindən hazırlanmış şeir, səhnə və  rəngarəng rəqs tövhələri nümayiş olundu və uşaqlara bayram hədiyyələri təqdim olundu.

Keçidlər