Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərslər yekunlaşmışdır.

26 may 2015 | 15:00

26 may 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar növbəti dərs yekunlaşmışdır. Keçirilən sonuncu məşğələlərdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova və rayonun tədris müəssisələrinin kollektivləri  iştirak etdilər.
03 noyabr 2014-cü il tarixdən başlayaraq  Biləsuvar rayon Heydər Əliyev Mərkəzində müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə XI sinif şagirdlərinə dərslərin tədrisinə başlanılmışdır.
Dərslərin keçirilməsi ilə bağlı tövsiyyələr və tezislər hazırlanaraq təhsil şöbəsinə göndərilmiş və nəzərdə tutulmuşdur ki, hər mövzuya 2 saat ayrılmaqla dərslər noyabr-may aylarını əhatə etsin.Rayon üzrə seçilmiş 7 nəfər tarix müəlliminin tədris etdiyi dərslərdə  rayonun 26 tam orta məktəbindən  940 nəfər XI sinif şagirdi iştirak etmişdir . Dərslərin yüksək səviyyədə  keçirilmış  rayon İcra Hakimiyyəti  tərəfindən ciddi nəzarət olunmuş və əməli köməkliklər göstərilmişdir.

Keçidlər