Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında növbəti müşavirə keçirildi.
21 may 2015-ci il tarixdə Bilsəuvar rayon İcra Hakimiyyəti Başçısı yanında növbəti müşavirə keçirildi.
Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçsı Mahir Quliyev cənab Prezidentin rəhbərliyi ilə Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının iclasında qaldırılan məsələlərlə bağlı ətraflı məlumat verdi. Cənab Prezidentin çıxışı zamanı respublikada aparılan qanunsuz tikintilərin yolverilməz olduğunu və bu hadisələrin qarşısının qətiyyətlə alınmasının zəruriliyini diqqətə çatdırdı.
Rayon İcra Hakimiyyətinin başçısı M.Quliyev Biləsuvar rayonunda da yerli bələdiyyə qurumlarının və digər səlahiyyətli şəxslərin bu kimi qanunsuzluqlara yol verməməsi, vətəndaşların özbaşına olaraq zəbt etdikləri torpaqlarda icazəsiz tikintilərin aparılmaması üçün müvafiq sərəncamın hazırlandığını bildirdi və aidiyyəti şəxslərə konkret tapşırıqlar verdi.Bildirdi ki, istər şəhər mərkəzində, istərsə də kəndlərdə aparılan tikintilər zamanı arxitekturaya və dizayn işlərinə önəm verilməli, tikinti qaydalarına ciddi riayət olunmalı və sənədləşmə işləri düzgün aparılmalıdır.
M.Quliyev rayonda aparılan qanunsuz tikintilərin qısa vaxt ərzində müyyənləşdirilməsi və bu işlər haqqında dərhal ciddi tədbirlər görülməsi barədə rayon İcra Hakimyyətinin müvafiq şöbələrinə konkret tapşırıqlar verdi.