Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla səyyar qəbulu və görüşü keçirildi.

15 may 2015 | 15:00

15 may 2015-ci il tarixdə   Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla səyyar qəbulu və görüşü keçirildi.
      Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
      Aşağı Cürəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi Aşağı-Cürəli və Muğan kəndləri daxildir. Aşağı Cürəli kəndi rayonun cənub-şərq, Muğan kəndi isə rayonun cənub istiqamətində yerləşir. Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Əsgərabad, Dərvişli Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 7810  təsərrüfat, 3420 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 əsas məktəb, 1 müasir tələblərə cavab verən həkim ambulatoriyası, 1 klub, 1 poçt, 2 kitabxana fəaliyyət göstərir.
     Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Cənab Prezidentin  2012-ci il tarixli Sərəncamı ilə kəndin mərkəzi avtomobil yolu asfaltlaşdırılmış, yeni təbii qaz xətləri çəkilmiş, 450 şagird yerlik yeni məktəb binası, tibb məntəqəsi və poçt binası inşa olunmuş, elektrik təsərrüfatı yeniləşdirilmiş, “Modul” tipli su durulducu qurğu quraşdırılmış, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir. Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
       Tədbirdə Aşağı Cürəli  kənd İcra nümayəndəsi Qalib Bağırov  çıxış edərək ötən  dövr  ərzində  görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi.
     Kənd sakinləri S,İsgəndərov, M.Kəlbiyev, N.Haciyev,S.Rəhimov və başqaları çıxış edərək Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirdilər və görülən bu abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdilər.
     Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da ölkə əhalisinin  firəvan yaşaması, iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. M.Quliyev Aşağı Cürəli  kəndində də son illərdə bir çox quruculuq  işləri aparıldığını qeyd edərək bildirdi ki, digər kəndlərimiz kimi Aşağı Cürəli kəndində  də   450 yerlik yeni məktəb binası, yeni tibb məntəqəsi, poçt binası tikilib istifadəyə verilmişdir.Qaz, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılıb, kəndin yeni yaşayış massivlərindəki  yollara qum-çınqıl  örtük qoyulur, şor kollektorları qazılır, yeni infrastruktur layihələr həyata keçirilir
      M.Quliyev 2015-ci ilin iyun ayında keçiriləcək I   Avropa Oyunlarına hazırlıqla bağlı ölkə miqyasında Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən ətraflı danışdı.Eyni zamanda o,çıxışında respublika üzrə keçirilən məşəl tədbirinin 03 may 2015-ci il tarixdə rayon əhalisinin yüksək əhval-ruhuyyəsi və mütəşəkkiliyi şəraitində keçirildiyini qeyd etdi.
     Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Aşağı Cürəli kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Qəbul zamanı müraciət edən  5 vətəndaşdan  4  müraciətinin icrası  ilə bağlı yerindəcə göstəriş verildi, digər problemlərinin həlli müəyyən vaxt tələb etdiyi üçün icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.

Keçidlər