Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futzal üzrə rayon birinciliyi keçirildi.

09 may 2015 | 15:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəbləri arasında futzal üzrə rayon birinciliynə yekun vuruldu.
     Biləsuvar Rayon Gənclər və İdman idarəsinin və YAP Biləsuvar rayon gənclər birliyinin  təşkilatçılığı ümumtəhsil məktəbləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə  həsr olunmuş futzal üzrə rayon birinciliyi  18 gün davam etdi. Birincilikdə rayonun 26 məktəbinin  komandaları  iştirakı edirdi.
  Final yarışı 09 may 2015-ci il tarixdə Biləsuvar rayon Olimpiya İdman Kompleksində  keçirilmişdir.              
     Görüşdən əvvəl  Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Kamil Qurbanlı çıxış edərək  ümummilli lider Heydər Əliyevin  nəsillərə örnək olan həyatından, ölkəyə rəhbərlik fəaliyyətindən, idman sahəsində həyata keçirdiyi səmərəli tədbirlərdən, hüquqi və müstəqil dövlət quruculuğundan ətraflı danışdılar..
     Gərgin və maraqlı keçən yarışda   Şəhər 1 saylı məktəbin komandası  I yeri,  Şəhər 2 saylı tam orta məktəbin komandası  ikinci və  Şəhər 6 saylı tam orta məktəbin  komandası isə üçüncü yeri tutmuşdur.
     Qaliblərə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin  kubok , diplom və medalları təqdim edildi.

Keçidlər