Biləsuvar rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi və möhtəşəm "Gül Bayramı" qeyd olundu.
9 may 2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev adına parkda Ulu Öndərin 92 illik yubileyi və möhtəşəm "Gül Bayramı" qeyd olundu.Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ulu öndərin abidəsi ziyarət olundu əziz xatirəsinə tər çiçəklər qoyuldu.Sonra rayonun ümumtəhsil məktəbləri şagirdlərinin və gənc rəssamlarının müxtəlif növ güllərdən hazırladıqları sərgi nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev Ulu Öndərin zəngin həyat və fəaliyyətindən danışdı.
Tədbir Heydər Əliyev adına parkda resupblikanın tanınmış incəsənət xadimlərinin və rayon mədəniyyət işçilərinin iştirakılə geniş konsert proqramı ilə davam etdi.