Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş gənclərin yaradıcılıq festivalı keçirildi.

08 may 2015 | 15:00

7-8  may tarixind’ Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə  həsr olunmuş gənclərin yaradıcılıq festivalı keçirildi. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, “Azərbaycan naminə” adlı qısametrajlı film nümayiş etdirildi.
         Festivalın açılış mərasimində  çıxış edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Xəyalə Qəmbərova, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova  Ulu Öndərin gənclərə göstərdiyi qayğıdan bəhs edərək qeyd etdilər ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət  gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.
      Festivalnın keçirilməsində əsas məqsəd Ulu Öndərin   irsinin  dərindən öyrənilməsi, gənclər arasında geniş təbliğ edilməsi, o cümlədən istedadlı gənclərin üzə çıxarılması idi.
         Festival çərçivəsində keçirilən“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa yazı müsabiqəsi, “Mən azərbaycanlıyam” adlı şeir müsabiqəsi və  ulu öndərin həyat və fəaliyyətini əks etdirən suallardan ibarət “Nə, Harada, Nə zaman” oyunu üzrə  bilik yarışında  175  nəfər gənc iştirak etdi.
           Qaliblər Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldılar.

Keçidlər