Şriftin ölçüsü :

Saytın rəngi :

“9 May-Faşizim üzərində Qələbə Günü” qeyd olundu.

07 may 2015 | 15:00

07  may  2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində “9 May-Faşizim üzərində Qələbə Günü” müasibəti ilə tədbir keçirildi
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Müdafə Nazirliyinin idarə rəisinin müavini, polkovnik Abdulla Qurbani, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ əlilləri və şəhid ailələri, ziyalılar və KİV nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin  başçısı cənab Mahir Quliyev Qələbə günü münasibəti ilə tədbir iştirakçılarını  təbrik etdi.Böyük Vətən müharibəsi illərindən danışaraq qeyd etdi ki, Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük töhfə verıb. Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. Arxa cəbhədə də böyük şücaət göstərən Azərbaycan xalqı həm neft, həm də digər təsərrüfat məsulları ilə cəbhəni təchiz edirdi.
Biləsuvar rayonundan da müharibədə 4 mindən çox adam iştirak etmiş, onlardan 700 nəfəri müxtəlif orden və medallatla təltif olunmuş, 700 nəfər isə müharibədən qayıtmamışdır.
Sonra natiq Dağlıq Qarabağ münaqişəsindən danışaraq  qeyd etdi ki, Azərbaycan xalqı öz ərazi bütövlüyünün qorunmasında böyük qəhrəmanlıqlar göstərmişdir.Yüzlərlə Azərbaycan oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.Onlardan biri də, Biləsuvar rayonundan olan Mübariz İbrahimovdur. Çıxışının sonunda M.Quliyev Möhtərəm Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində  Azərbaycanın işğal olunmuş torpaqlarının azad ediləcəyini və bu bayramların Qarabağ torpağında keçiriləcəyini qeyd etdi.
Sonra Azərbyacan Respublikası Prezidentinin sərəncamına əsasən qələbənin 70-ci ildönümü münasibəti Böyük Vətən müharibəsi iştirakçılarına medallar və qiymətli hədiyyələr təqdim olundu.
Tədbirdə Müdafə Nazirliyinin idarə rəisinin müavini, polkovnik Abdulla Qurbaninin “Ordu xalqın, xalq ordunun dayağıdır” kitabının təqdimat mərasimi də keçirildi. Tədbirdə cənab Mahir Quliyevə Veteranlar Şurasının “Veteran Həmrəyliyi” medalı təqdim olundu.
Tədbirdə çıxış edən Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri Möhtərəm Prezident cənab İlham Əliyevin onlara  göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Belarusiya prezidenti cənab Aleksandr Lukaşenkonun Böyük Vətən müharibəsi iştirakçılarına ünvanladığı təbrik məktubu oxudu.

Keçidlər