23 oktyabr 2025-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib.
İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətovun, şura üzvlərinin, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri və İnzibati ərazi dairələri üzrə icra nümayəndələrinin iştirakı ilə 2 məsələ müzakirə olunub.
Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdikdən sonra birinci məsələ olan “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli 833-IIIQ nömrəli Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar rayonun ümumtəhsil müəssisələrində təhsildən yayınmış şagirdlərin təhsilə cəlb olunması istiqamətində görülən işlər barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşovanın və ikinci məsələ olan “ Narkomanlığa və narkotik vasitələtin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Biləsuvar rayon komissiyasının və Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların perekursorlarının məhvetmə komissiyasının 2025-ci ildə görülmüş işlər barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsi müdirinin səlahiyyətlərini müvəqqəti icra edən Qurban Nuriyevin hazırladıqları arayışılar dinlənilib.
İclasın gündəliyinə daxil edilmiş məsələlər şura üzvləri tərəfindən geniş müzakirə olunduqdan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov gündəliyə daxil edilmiş məsələlər ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə və İnzibati ərazi dairələri üzrə icra nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Müzakirə olunan məsələnin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edilib.






