Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun 2025-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.

23 iyun 2025 | 19:13

Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında “Biləsuvar rayonunun 2024-cü ildə yerli büdcəsinin gəlir və xərclərinin icrasının vəziyyəti barədə” və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin müvafiq maddəsinin tələblərinə uyğun olaraq Təzəkənd, Yuxarı Ağalı, Əliabad, Çinarlı və Aranlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat verilməsinin vəziyyəti barədə” hazırlanmış  məsələ müzakirə olundu.

Şura iclasında Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, aidiyyət idarələrin  rəhbərləri iştirak etdi.

Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələ barədə ətraflı məlumat verdikdən sonra Biləsuvar Rayon İcra Hakimiyyəti Başçının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurovun hazırladığı “ Biləsuvar rayonunun 2024-cü ildə yerli büdcəsinin gəlir və xərclərinin icrasının vəziyyəti barədə” və Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə  və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Xanlar Məmmədovun hazırladığı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin müvafiq maddəsinin tələblərinə uyğun olaraq Təzəkənd, Yuxarı Ağalı, Əliabad, Çinarlı və Aranlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat verilməsinin vəziyyəti barədə”arayışılar dinlənildi.

İclasda gündəliyə daxil edilmiş məsələlələr şura üzvləri tərəfindən geniş müzakirə olundu.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov gündəliyə daxil edilmiş məsələ ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə inzibati ərazi dairələri üzrə icra nümayəndələrinə, aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Müzakirə olunan məsələnin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edildi.

 

Keçidlər