“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Biləsuvar rayonuna gətirildi.
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli 03 may 2015-ci il tarixdə Biləsuvar rayonuna gətirildi.
Şəhərinin giriş qapısında, Olimpiya İdman Kompleksinin qarşısında Masallı rayonundan gətirilmiş Olimpiya məşəlinin qarşılanma mərasimi oldu.
Avropa Oyunlarının rəmzi qapısında rayonun fəal gənclərindən olan Səbinə Hüseynova məşəli qəbul etdi.
Estafeti 10 məşəlçi növbə ilə davam etdirərək Heydər Əliyev, Nizami, Mübariz İbrahimov,Tofiq İsmayılov və Səməd Vurğun küçələrindən keçdikdən sonra şəhərin mərkəzində yerləşən Heydər Əliyev parkına çatdırdılar. Məşəl yürüşünü marşurut boyu əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən plakatlar tutan minlərlə rayon sakini alqışlarla müşayiət edərək, bu mötəbər tədbirin sevincini yaşadılar.
Kikboksinq üzrə dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, respublika Kikboksinq Federasiyasının baş məşqçisi Ehram Məcidov məşəli Heydər Əliyev meydanında qurulmuş səhnəyə qaldırdı. Burada məşəli alovlandıran Ehram Məcidov birinci Avropa Oyunlarının çırağını yandıraraq sərbəst güləş üzrə respublika çempionu İqbal Aslanova təqdim etdi. İqbal Aslanov çırağı yarışlar başa çatana qədər rayonda saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.
Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı mərasimi daha da rövqnəqləndirdi.
Birinci Avropa Oyunlarının məşəli Biləsuvardan sonra Cəlilabad rayonuna yola salındı.