Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

24 aprel 2015 | 15:00

24  aprel  2015-ci  il tarixdə   Biləsuvar  rayon  İcra  Hakimiyyətinin və  Yeni  Azərbaycan  Partiyasının  Biləsuvar  rayon  təşkilatı  Qadınlar  Şurasının   təşkilatçılığı  ilə  görkəmli  oftolmlolq,  akademik  Zərifə xanım Əliyevanın anadan  olmasının  92-ci  ildönümünə  həsr  olunmuş  tədbir  keçirildi.
Tədbirdə   Yeni Azərbaycan Partiyası  Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının sədri Ləman  Yüzbaşova  və  Qadınlar Şurası  İdarə  Heyətinin  üzvləri,  rayonun  ziyalı  qadınları iştirak etdilər.
Anım tədbirində YAP  Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının sədri Ləman  Yüzbaşova  çıxış edərək     akademik Zərifə  xanım Əliyevanın  həyat  və  fəaliyyəti barədə ətraflı məlumat verdi.L.Yüzbaşova  bildirdi  ki,  ömrü  bir  xatirəyə  çevrilmiş görkəmli  akademiki  insanlara  sevdirən  bir  çox  amillər  var  ki,  ən  əsası  onun  təmənnsız insan  olması  idi. Hələ  sovet  ideologiyasının  sərt  qanunlarının  mövcud  olduğu  xalqına,  millətinə  şərəflə,  vicdanla  xidmət  edirdi. O  alim  kimi elmə verdiyi töhfələri,  səmimiliyi,  vətəndaşlıq  mövqeyi ilə hər  zaman  insanların  qəlbində  əbədi  yaşamağa layiqdir.
Tədbirdə  YAP rayon  təçkilatının  Mərkəzi  Aparatının  rəhbəri  Əjdər  Niftiyev,  Rayon  Mərkəzi  Xəstəxanasının  Oftolmoloqu  Vəfa  Məmmədova, YAP Biləsuvar  rayon  təşkilatı  Qadınlar Şurasının  İdarə  Heyətinin  üzvü  Rəsmiyyə  İsayeva və  digər  rayon  ziyalıları   çıxış  edərək  Zərifə xanımın qayğıkeş ana, əsl insan kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu   və  elmi  tədqiqatları ilə Oftolmologiya elmində  misilsiz  xidməti  olduqunu  bildirdilər.
Tədbirdə   Zərifə  xanımın  həyat  və  fəaliyyətini  əks  etdirən  video-çarx  nümayiş  olundu.

Keçidlər