Biləsuvar rayon Heydər Əliyev Mərkəzində növbəti təntənəli nigah mərasimi keçirildi.
18 aprel 2015-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində iki gəncin- Aqşin və Günayın nigahlarının təntənəli qeydə alınması mərasimi keçirildi.
Nigah mərasimindən öncə gənclər Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra gənclər Heydər Əliyev Mərkəzində olmuş, burada Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Nigah mərasimində gənclərin valideynləri, yaxın qohumları, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçiləri, Heydər Əliyev Mərkəzinin kollektivi və VVADQ şöbəsinin əməkdaşı iştirak etdilər.
Nigah mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Səyalə xanım Şahbazova hər iki gəncə xoş arzularını bildirdi, ailənin əhəmiyyətindən və müqəddəs varlığından danışdı, yeni qurulan gənc ailəyə xoşbəxtlik arzuladı.S.Şahbazova bu təşəbbüsün artıq bir ənənə halını aldığını qeyd edərək bildirdi ki, gənclərimiz həvəslə öz nigah mərasimlərini Heydər Əliyev Mərkəzdə qeyd edirlər.
Sonra gənclər arasında nikah müqaviləsi bağlanıldı və nikah şəhadətnaməsi təqdim olundu.
Çıxış edən mərasim iştirakçıları yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini yüksək qiymətləndirdilər və bu hadisənin gənclərin həyatlarının ən xoş anları kimi daima xatırlayacaqlarını bildirdilər.
Sonra mərasim iştirakçıları və gənclər musiqi sədaları altında rəqs etdilər.
Sonda yeni ailə quran cütlüyə xatirə hədiyyəsi təqdim olundu.