Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirildi.

14 aprel 2015 | 15:00

14 aprel  2015-ci il tarixdə  Heydər Əliyev Mərkəzində  Ümummilli Liderin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayon məktəbliləri arasında  şahmat turniri keçirildi.
Tədbirdə iştirak edən Biləsuvar rayon icra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra iştirakçılara uğurlar arzuladı.
Turnirdə 16 ümumtəhsil məktəbindən 65 nəfər şahmatçı öz qüvvələrini sınadı. Şahmat turnirinin qalibləri  Heydər Əliyev Mərkəzinin fəxri diplomları və qiymətli hədiyyələri ilə  mükafatlandırıldı.

Keçidlər