Biləsuvarda Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərslər keçirilir.
02 aprel 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar növbəti dərs məşğələləri keçirildi.Şagirdlər əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən foto-stendlərə və filmə baxdılar.Keçirilən məşğələlərdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova və rayonun tədris müəssisələrinin kollektivləri iştirak etdilər.
03 noyabr 2014-cü il tarixdən başlayaraq Biləsuvar rayon Heydər Əliyev Mərkəzində müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə XI sinif şagirdlərinə dərslərin tədrisinə başlanılmışdır.
Dərslərin keçirilməsi ilə bağlı tövsiyyələr və tezislər hazırlanaraq təhsil şöbəsinə göndərilmiş və nəzərdə tutulmuşdur ki, hər mövzuya 2 saat ayrılmaqla dərslər noyabr-may aylarını əhatə etsin.Rayon üzrə seçilmiş 7 nəfər tarix müəlliminin tədris etdiyi dərslərdə rayonun 26 tam orta məktəbindən 937 nəfər XI sinif şagirdi iştirak edir.Bu məqsədlə rayon Təhsil şöbəsi tərəfindən müvafiq qrafik hazırlanmış və məşğələ günləri müəyyənləşdirilmişdir.Aprel ayınadək Mərkəzdə 19 ümumtəhsil məktəbindən 689 şagird dərslərdə iştirak etmişdir.
Dərslərin yüksək səviyyədə keçirilməsinə rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunur və əməli köməkliklər göstərilir.