Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin IV Konfransı keçirildi.

02 aprel 2015 | 15:00

2 aprel 2015-ci  il tarixdə YAP Biləsuvar rayon Təşkilatında  Gənclər Birliyinin IV Konfransı keçirildi.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı, YAP Biləsuvar rayon təşkilatı İdarə Heyətinin üzvü  Mahir Quliyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru  Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi, Məcid Əhmədov YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev və  rayonun ayrı-ayrı idarəetmə strukturlarında, özəl  və digər sahələrdə çalışan 100 nəfər gənc iştirak etdi.
İclasda  Gənclər Birliyinin sədri   Kamil Qurbanlı çıxış edərək son illər rayon gəncləri tərəfindən görülən işlər barədə ətraflı məlumat verdi və bildirdi ki, YAP Biləsuvar Rayon Təşkilatının Gənclər Birliyində 1443 nəfər gənc partiya üzvü fəaliyyət göstərir. Diqqətəlayiq haldır ki, onlardan 651 nəfəri qadınlardır. YAP-çı gənclərimizdən 714 nəfəri təhsil, səhiyyə, mədəniyyət və idarəetmə sahəsində çalışır. Bu fakt və 916 nəfər gəncimizin  ali təhsilli olması Gənclər Birliyinin təbliğat-təşviqat potensialının zənginliyinin göstəricisidir. Sevindirici haldır ki, Gənclər Birliyinimizin 68 nəfəri   bələdiyyə üzvü kimi fəaliyyət göstərir. Gənclərin partiyamıza qoşulma meyli rayonumuzda kifayət qədər yüksəkdir. Təkcə 2014-cü il ərzində sıralarımıza 214  nəfər gəncin qəbul edilməsi müsbət dinamika üzrə artımın real göstəricisi kimi dəyərləndirilməlidir.
Diqqətəlayiq  hal kimi belə bir məqamı vurğulamaq istərdim ki, partiya sədri Cənab  Ilham  Əliyеvin    diqqət və qayğısı sayəsində   gənclərimizin  öz bilik  və  bacarıqlarını  göstərə bilmələri  üçün  əlvеrişli  şərait  yaradılmış, bu amil  gənclərimizin  partiya  sıralarına  daхil  olmasına  müsbət  təsir  göstərmişdir.
K.Qurbanlı çıxışının sonunda hörmətli  Prеzidеntimiz və  Yeni Azərbaycan Partiyasının sədri  cənab  İlham  Əliyеvi  əmin  еtdi  ki, biləsuvarlı   gənclər bundan sonra da partiyamızın  qarşıya   qoyduğu  vəzifələri şərəflə  yеrinə  yеtirəcək, onun bizə  bəslədiyi  ümidləri  ləyaqətlə  doğrultmaq  üçün  var  qüvvə  və  bacarığımızı    sərf  еdəcəyik. 
Sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru  Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi  Məcid Əhmədov və digər  çıxış edənlər də  Yeni Azərbaycan Partiyasının yaranma tarixi və keçdiyi şərəfli yol barədə ətraflı məlumat verdilər.
Konfransda  iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı, YAP Biləsuvar rayon təşkilatı İdarə Heyətinin üzvü  Mahir Quliyev  çıxış edərək partiyanın ölkəmizin ictimai-siyasi və mədəni həyatında oynadığı rolu xüsusi qeyd edərək bildirdi ki,  Azərbaycanımızın müstəqil bir dövlət olaraq var olmasını məhz Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu,   Ümummilli  Liderimiz Heydər Əliyev həyata keçirdi.Bu gün də Möhtərəm  prеzidеntimiz  cənab  Ilham Əliyеvin apardığı  məqsədyönlü  siyəsət  nəticəsində  Azərbaycan dünya ölkələri arasında söz sahibi olaraq qəbul olunur.
Konfransın gündəliyinə uyğun olaraq tədbirdə YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin yeni tərkibi və YAP Gənclər Birliyinin Respublika Konfransına nümayəndələr seçildi.
Sonda Konfrans nümayəndələri adından  Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər