Şriftin ölçüsü :

Saytın rəngi :

“İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Biləsuvarda növbəti ümumrayon ağacəkmə aksiyası keçirildi.

18 mart 2015 | 16:00

18  mart  2015-ci  il   tarixdə “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Biləsuvarda növbəti ümumrayon ağacəkmə aksiyası  keçirildi.
Ağacəkmə aksiyasında  Biləsuvar  rayon  İcra  Hakimiyyətinin  başçısı  cənab  Mahir  Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivlər və rayon sakinləri olmaqla 1000 nəfər iştirak etdi.
Aksiya çərçivəsində rayonda 3500 ədəd çinar və digər ağaclar əkildi, əraziyə gübrələr verildi və  suvarıldı.Bundan əlavə aksiyada rayonun  kəndləri də yaxından iştirak edərək çoxlu sayda ağaclar əkmişlər.
Ağacəkmə kompaniyası bir neçə gün davam edəcəkdir.

Keçidlər