Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Biləsuvar məktəbliləri Naxçıvan Muxtar Respublikasına ekskursiyaya yola düşdülər.

17 mart 2015 | 16:00

17 mart  2015-ci il tarixdə Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin 5 nəfər şagirdi  “Tanı Azərbaycanı” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına  3 gunlük ekskursiya  yola salındılar.
Yola salınma mərasimində Biləsuvar rayon icra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər yerində həyata keçirilən “Tanı Azərbaycanı”  layihəsinin əhəmiyyətindən danışdı və bu layihəyə qoşulan şagirdlərə xoş istirahətlər arzuladı.
X.Məmmədov  səfər  çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini  dərindən oyrənmələrini tövsiyyə etdi.Tur çərçivəsində şagirdlər  Naxçıvan Muxtar Respublikasının tarixi və görməli yerləri ilə tanış olacaq, bir çox tarixi və mədəniyyət obyektlərinə  ekskursiya edəcəklər.
Şagirdlər səfər çərçivəsində  nəzərdə tutulan bütün xidmətlərlə pulsuz  təmin olunacaqlar.

Keçidlər