Biləsuvar rayon Heydər Əliyev Mərkəzində yaz fəslini tərənnüm edən “Baharın on yeddi anı” adlı foto müsabiqə təşkil olunmuşdur.
16 mart 2015 | 16:00
16 Mart 2015-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində yaz fəslini tərənnüm edən “Baharın on yeddi anı” adlı foto müsabiqə təşkil olunmuşdur.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Sərgidə fotoqraflar tərəfindən çəkilmiş baharı tərənnüm edən şəkillər nümayiş olundu. Sərgi mart ayının 20-nə kimi davam edəcək və müsabiqədə qalib gələn iştirakçılar Heydər Əliyev Mərkəzi tərəfindən fəxri diplomlarla təltif olunacaq.