Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Novruz bayramı münasibətilə imtiyazlı şəxslərə və aztəminatlı ailələrə bayram sovqatı paylanıldı.

16 mart 2015 | 16:00

16 mart  2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid ailələrinə, Cernobul əlillərinə, digər imtiyazlı şəxslərə  və aztəminatlı ailələrə  bayram sovqatı  paylanıldı.
Tədbirdə  rayon  İcra  Hakimiyyətinin  başçısı   Mahir Quliyev, RİH-nin məsul işçiləri, idarə, müəssisə  rəhbərləri  və  rayon ictimaiyyətinin nümayəndələri  iştirak  etdilər.
Bayram sovqatını təqdim edən rayon  İcra  Hakimiyyətinin  başçısı   Mahir Quliyev hər bir ailəyə  firavan  həyat və xoş günlər  arzulayaraq novruz bayramlarını təbrik etdi.Bildirdi ki, ölkəmizdə  aztəminatlı ailələr və imtiyazlı şəxslər  daima dövlətimizin qayğısı ilə əhatə olunmuşdur və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  bundan sonra da bu siyasət uğurla davam etdiriləcəkdir.

Keçidlər