Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.

13 mart 2015 | 16:00

13 mart  2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.

Şura iclasında 2 məsələ müzakirə olundu.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən aparılan yoxlama əsasında  verilmış Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 9 sentyabr 2014-cü il tarixli 205 nömrəli Sərəncamından irəli gələn məsələlərin icra vəziyyəti haqqında.

Biləsuvar rayon ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin vəziyyəti barədə.                                                                                           

İclasda  Biləsuvar  rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, şura üzvləri, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və məktəb iştirak etdi.

Birinci məsələ  barədə rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri E.Astanov məruzə edərək bu sahədə görülən işlərdən danışdı və bildirdi  ki, 2014-cü ilin  iyun ayının  1-dən  rayon İcra Hakimiyyətində   elektron kargüzarlıq  sistemi   yaradılmış  və   2015-ci ilin yanvar ayının  birindən   bu sistem  yenidən  işlənilmiş  və  əvvəlkinə  nisbətən  daha  da  təkmilləşdirilmiş   formaya  keçirilməklə  vətəndaşların istər  yazılı,  istərsə də  şifahi  müraciətlərinin  icrasına tərəfimizdən  nəzarət olunur. Xidməti sənədlərin qeydiyyatı  həm qeydiyyat jurnallarında həmdə proqram vasitəsilə aparılır.  Qeyd olundu ki, aparılan monitorinq zamanı bəzi təşkilatlarda və ərazi icra nümayəndəliklərində vətəndaşların müraciəti və kargüzarlığın aparılmasında qarşıya çıxan problemlərin həlli ilə bağlı onlara əməli köməkliklər göstərilmişdir.

İkinci məsələ barədə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərovanın  məruzəsi dinlənildi.Bildirildi ki, rayonun ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin vəziyyəti araşdırılarkən görülmüş işlərlə yanaşı bəzi təhsil ocaqlarında müəyyən problemlərin də olduğu müəyyənləşmişdir.Bu problemlərin aradan qaldırılması üçün    təhsil müəssisələrinin  fəaliyyətinə nəzarət gücləndirilmiş,  onlara əməli köməkliklər göstərilərək məktəblərin iş fəaliyyəti nəzarətə götürülmüşdür. 

Çıxış edən şura üzvləri və digər iştirakçılar hər iki məsələnin aktuallığını qeyd edərək rayonda bu sahədə görülən işləri  qiymətləndirdilər.

Şura iclasında çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşılmalı və hər bir vətəndaşın müraciətinə fərdi yanaşılaraq həlli təmin edilməlidir.İdarələrdə aparılan kargüzarlıq işləri və digər sənədləşmələr bu sahədə qəbul olunmuş normativ hüquqi aktlara tam uyğun olaraq təşkil edilməlidir. Digər məsələyə münasibət bildirən Mahir Quliyev bildirdi ki, ümumtəhsil məktəblərinin monitorinqi zamanı aşkara çıxarılan nöqsanlar  rayon Təhsil şöbəsinin pedaqoji şurasında müzakirə olunaraq müvafiq köməkliklər göstərilməlidir.M.Quliyev hər iki yoxlamanın aşkara çıxardığı  nöqsanların qısa vaxt ərzində aradan qaldırılması üçün tapşırıqlarını verdi.

Şura iclasında müzakirə olunan məsələlərlə bağlı müvafiq  qərarlar qəbul edildi.

Keçidlər