Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Yaz tarla işlərinə hazırlıq və məhsuldarlığın yüksəldilməsi üçün qarşıda duran vəzifələr mövzusunda bölgə müşavirəsi keçirildi.

12 mart 2015 | 16:00

12 mart  2015-ci il tarixdə  Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə  “Yaz tarla işlərinə hazırlıq və məhsuldarlığın yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda bölgə  müşavirəsi keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının aqrar məsələlər üzrə müavini Rafail Quliyev, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi  Tariyel Atamalıyev,  Elmi tədqiqat Əkinçilik institutunun direktoru Cavanşir Təlai, ətraf rayonların kənd təsərrüfatı idarələrinin əməkdaşları, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin,  “Aqrolizinq” ASC-nin nümayəndələri və torpaq mülkiyyətçiləri iştirak etdilər.   
İştirakçılar əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Müşavirəni açan  Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının aqrar məsələlər üzrə müavini Rafail Quliyev  rayonun kənd təsərrüfatı sahəsində son illər görülən işlər və əldə olunan yeniliklər barədə ətraflı məlumat verdi. Sonra çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Bitkiçilik sektorunun  mövcud vəziyyəti və  gələcək inkişafı üçün yeni  texnologiyaların  tətbiqinin əhəmiyyəti”, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Taxıl toxumçuluğu  sahələrində aqrotexniki qulluq işlərinin təşkili”, Elmi tədqiqat Əkinçilik institutunun direktoru Cavanşir Təlai “Yeni taxıl sortlarının  potensial məhsuldarlığı və ona təsir edən amillər”   mövzularında geniş və ətraflı məruzələr etdilər.
Sonda tədbir  iştirakçılarların sualları cavablandırıldı və qarşılıqlı fikir mübadiləsi aparıldı. Qonaqlar rayonun bir sıra təsərrüfatlarında oldular və  əkin sahələrinə baxış keçirdilər.

Keçidlər