Şriftin ölçüsü :

Saytın rəngi :

Bədən Tərbiyəsi və İdman günü münasibətilə karate üzrə rayon birinciliyi keçirildi.

05 mart 2015 | 16:00

05 mart 2015-ci il tarixdə Biləsuvar rayon Olimpiya İdman Kompleksində  Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə karate üzrə rayon birinciliyi keçirildi

Yarışın açılış mərasimində rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Xəyalə xanım Qəmbərova, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov rayonda yaradılmış karate klubunun rəhbəri Qabil Xammədov idmançıları əlamətdar gün münasibətilə təbrik edərək   bildirdilər ki, 5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 2012-ci il həm də Dövlət başçımız tərəfindən “İdman ili” elan edilib. Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev  Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub .Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı.   idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi. Elə bunun nəticəsidir ki, rayonumuzda da müasir standartlara cavab verən Olimpiya İdman Kompleksi inşa edilərək idmançıların istifadəsinə verilmişdir.

Çox sevindirici haldır ki, son illər rayonumuzun onlarla idmançısı Respublika və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış etmiş, Respublika idmanının  inkişafına öz töhfələrini verə bilmişlər.

Sonra yarışa start verildi.60 nəfərə yaxın idmançının qatıldığı yarış sonda öz qaliblərini müəyyənləşdirmişdir. Qaliblərə Gənclər və İdman İdarəsinin diplomları təqdim edildi.

Keçidlər