2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları
17 oktyabr 2012 | 15:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn məsələlər oktyabrın 16-da rayon İcra hakimiyyətində keçirilən iclasda ətraflı müzakirə olunmuşdur. İclasda rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələri, müxtəlif idarə və təşkilatların, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.