Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.

17 fevral 2015 | 16:00

17 fevral 2015-ci il  tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar  rayon İcra  hakimiyyəti başçısının 2014-cü  ilin  yekunlarına dair  hesabat iclası keçirildi.

İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayon ağsaqqqalları, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.

Hesabat iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular. Sonra   rayonun sosial-iqtisadi, mədəni  və aqrar sahədəki inkişafını əks etdirən sərgiyə baxış keçirildi, aparılan abadlıq və quruculuq işlərindən bəhs edən film nümayiş olundu.

Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  ötən 2014-cü ildə rayonda aparılan geniş sosial-iqtisadi inkişafdan danışmış, görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir. M.Quliyev bildirmişdir ki, “ Azərbaycan Respublikasının  Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü və  uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir ki, 2014-cü ildə də Ölkəmizin təhlükəsizliyi təmin edilmiş, iqtisadi və sosial proqramlar icra olunmuş, qeyri-neft sektorumuz 7 faiz, əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Nazirlər Kabinetinin iclasında bu barədə danışan cənab Prezident qeyd etmişdir ki: “Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir və 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. 123 min yeni iş yeri açılmışdır ki, onlardan təxminən 100 mini daimi iş yeridir.Odur ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bu il də bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir.İlin əvvəlindən ölkə iqtisadiyyatına  27 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da 16 milyardını  daxili sərmayə təşkil edir”.  

Respublikamızın hər bir bölgəsində olduğu kimi rayonumuzda da sosial-iqtisadi inkişaf sahəsində aparılan işlər 2014-cü  ildə  də uğurla davam etdirilmişdir.Belə ki, ötən il  ümumi məhsul buraxılışının həcmi  198.7 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 97.3  milyon, ticarətdə  51.4 milyon, tikintidə 31.1  milyon, sənayedə 15.8 milyon, nəqliyyatda 2.7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. 2014-cü il ərzində  əsas  kapitala yönələn  investisiyalar  32.1  milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 151.8 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2041 manat, orta aylıq əməkhaqqı isə 281  manat olmuşdur. Hesabat dövründə  rayon üzrə əhalinin gəlirləri 270 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 2670 manat olmuşdur.Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, 2014-cü ildə  154  fərdi ev tikilmişdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına uyğun olaraq ötən il rayonda   tikinti,  abadlıq və quruculuq  sahəsində  xeyli  işlər  görülmüş, bir sıra mühüm obyektlər qısa müddətdə və yüksək keyfiyyətlə inşa edilmişdir. Hesabat dövründə  640 şağird yerlik Xırmandalı kənd 2 saylı , 450 şağird yerlik Aşağı Cürəli kənd, 220 şağird yerlik Amankənd kənd    tam orta məktəbləri üçün yeni binalar tikilmiş, 1176 şagird yerlik Ağalıkənd kənd tam orta məktəbinin binası isə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bütün məktəblər yeni inventarlarla və avadanlıqlarla təchiz olunmuşdur.

Şəhərin  C.Cabbarlı küçəsində 100 yerlik, M.A.İbrahimov küçəsində 200 yerlik uşaq bağçalarının tikintiləri başa çatdırılmışdır. Heydər Əliyev küçəsində 2013-cü ildə ğörülmüş işlərin davamı olaraq yolun genişləndirilməsi, yolkənarı hasarların tikintisi, kommersiya obyektlərinin müasir üslubda aqlay daşları ilə üzlənməsi, yolkənarı bordyurların düzülməsi, piyada səkilərinə üzlük plitələrin döşənməsi və müasir üslublu işıqlandırma sisteminin quraşdırılması işləri başa çatdırılmışdır. Həmin ərazidə 1,2 km uzunluğunda küçədə 15 100 kvm sahədə  yeni asfaltbeton örtük salınmışdır.

Şəhərin içməli su təchizatının yenidən qurulması işləri başa çatdırılmış, kanalizasiya sisteminin tikintisi işləri davam etdirilir.

Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar  rayon şöbəsinin inzibati  binasının,  Səmədabad kəndində Heydər Əliyev parkının,  Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar rayon şöbəsinin inzibati binasının  tikintiləri və rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir işləri davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 10 avqust  2013-cü il tarixli 3055 saylı Sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 km uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun   tikintisi başa çatdırılmışdır.Azərbaycan Respublikası Prezidentinin 07 sentyabr 2013-cü il tarixli 3123 saylı Sərəncamı ilə 10 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun torpaq yatağı, yol əsası, süni suötürücü qurğuların tikintisi başa çatdırılmış, uzunluğu 81,0 metr, eni 15metr, 3 aşırımlı körpünün tikintisində son tamamlama işləri aparılır.Ələt-Astara mağistral avtomobil yolunda yol təmir işləri aparılmış, körpülər və yol zolaqlarında rəngləmə işləri aparılmışdır.

Ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına  olan dövlət dəstəyi 2014-cü ildə də uğurla həyat keçirilmişir. Rayonda sahibkarlığın inkişafına kömək məqsədilə il ərzində  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 113 sahibkarlıq subyektinə 1.4 milyon  manat kredit verilmişdir. 18 sentyabr 2014-cü il tarixdə  rayonda Sahibkarlığa Kömək Milli Fondu ilə birgə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri” nə dair işgüzar forum keçirilmişdir. Görülmüş işlər nəticəsində 2014-cü ildə rayonda  1445  yeni iş yerləri açılmışdır.

Rayonda Dövlət Proqramından irəli gələn  tədbirlərin  yerinə yetirilməsi  sayəsində  aqrar  bölmədə ümumi məhsul istehsalının həcmi artmış, məhsuldarlıq yüksəlmiş və kənd təsərrüfatında çalışan  insanların həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Ölkə başçısının aqrar sahənin inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə göstərdiyi ciddi diqqətin nəticəsidir ki, məhz 2015-ci il respublikamızda “Kənd təsərrüfatı ili” elan edilmişdir.

Hesabat dövründə   aqrar sahədə ümumi məhsul istehsalının həcmi 97.3  milyon manat təşkil etmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 4  faiz çoxdur.2014-cü ildə  əkin sahələrinin 18,6 min  hektarında yazlıq, 25,7 min hektarında isə  payızlıq bitkilər əkilmişdir. Payızlıq bitkilərin 11 min hektarını buğda, 14,7 min hektarını arpa bitkisi təşkil etmişdir. Yazlıq bitkilərin isə 4416 hektarını pambıq, 2640 hektarını tərəvəz, 1132 hektarını  günəbaxan və digər bitkilər  təşkil edir. Ötən il əkin sahəsindən 28646 ton buğda, 34966 ton arpa məhsulu istehsal olunmuşdur.

2014-cü ildə rayonda heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə olunmuşdur. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 40,3 min başa, xırda buynuzlu mal-qaranın baş sayı 138 min başa çatdırılmışdır. Biləsuvar rayonu heyvandarlıq məhsullarına olan tələbatını tam ödəyir.

Bakı şəhəri   əhalisini  ucuz  və keyfiyyətli kənd  təsərrüfatı  məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan  yarmarkalarda  rayonun  fermerləri  də yaxından iştirak etmişlər.

2014-cü ildə rayonumuzda ictimai-siyasi sabitliyin təmin olunmasına,  təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına, gənclərlə aparılan ideya-siyasi tərbiyə işinin yaxşılaşdırılmasına diqqət artırılmış və bu sahələrdə maddi-texniki  bazanın möhkəmləndirilməsi üçün  məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin təhsil  sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə,  təhsil ocaqlarının müasir tələblər səviyyəsində qurulmasına göstərdiyi yüksək qayğı və diqqətin nəticəsidir ki, son illər rayonumuzda 13 yeni  məktəb binası tikilmiş, 6  məktəb yüksək səviyyədə əsaslı təmir olunmuşdur.

Dövlət siyasətinin əsas  istiqamətlərindən olan əhalinin sağlamlığının təmin olunması, onlara  yüksək tibbi xidmət göstərilməsi istiqamətində görülən işlər Biləsuvar rayonundan da yan keçməmişdir. “Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” möhtərəm Prezidentimizin sərəncamı ilə   Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması və əsaslı təmiri  işlərini aparılır..Bundan əlavə son illərdə rayonun 6 kəndində müasir tələblərə cavab  verən yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilmişdir.

Biləsuvar rayon İcra Hakimiyyəti vətəndaşların müraciətlərinə baxılması işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun qurmuşdur.Ötən il bu sahədə işin təkmilləşdirilməsi istiqamətində bir sıra ardıcıl tədbirlər həyata  keçirilmişdir.Yerlərdə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin icrası istiqamətində operativlik artırılmış, daxil olan ərizə və şikayətlərin vaxtında və qanunamüvafiq şəkildə icraları təmin edilmişdir. Bundan əlavə  rayon İcra hakimiyyətində quraşdırılmış və  bütün kənd inzibati  ərazi dairəsi üzrə nümayəndəliklərini əhatə edən  operativ idarəetmə mərkəzləri vasitəsilə yerlərə operativ nəzarət gücləndirilmişdir.Görülmüş işlər nəticəsində daxil olan ərizə və şikayətlər əvvəlki illərlə müqayisədə azalmışdır.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənabları ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə  Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrdən birinə çevirmək məqsədilə uğurlu siyasət aparır. 2015-ci ildə də məhz həmin uğurların davamı olaraq ölkəmizdə sosial-iqtisadi sahədə dinamik inkişaf davam etdiriləcəkdir.Bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı  nitqində demişdir: “ 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya miqyasında ən gözəl göstəricilərdir. 2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz. Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik.”

Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev məruzənin sonunda bildirdi ki, Biləsuvarlılar da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyyələrini rəhbər tutaraq  2015-ci ili  layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacaqlar.

Məruzə ətrаfındа müzаkirələrdə Təhsli şöbəsinin müdiri Balaqardaş Kazımov, Suvarma Sistemlər İdarəsinin rəisi Ədalət Babayev, Səhiyyə şöbəsinin müdiri Şamil Cəfərov, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar şəhər İcra nümayəndəsi Qabil Xammədov, rayon Aqroservis idarəsinin müdiri İman Mehrəliyev. “Biləsuvar Aqro” MMC-nin nümayəndəsi Vüqar Mirzəyev çıхış еdərək, 2014-cü ildə görülmüş işlərdən dаnışdılаr, təklif və rəylərini söylədilər.

Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov  çıхış еdərək rеspublikаmızın bütün sаhələrində gеdən  inkişаfdаn, "Rеgiоnlаrın sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı"ndаn irəli gələn vəzifələrin uğurlа həyаtа kеçməsindən ətrаflı dаnışdı, sоnrа Biləsuvarın rеspublikаnın digər bölgələrin kimi dаhа dinаmik inkişаf və tərəqqi еtdiyini diqqətə çаtdırdı, rayonda  аpаrılаn tikinti, quruculuq və аbаdlıq işlərinə yüksək qiymət vеrdi.

Sonda iclas iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə Müraciət ünvаnlаndı.

Keçidlər