Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətində operativ idarəetmə mərkəzi vasitəsilə vətəndaşlarla növbəti qəbul keçirildi.

06 fevral 2015 | 16:00

06 fevral  2015-ci il tarixdə Biləsuvar  rayon İcra Hakimiyyətində fəaliyyət göstərən  operativ idarəetmə  mərkəzi  vasitəsilə vətəndaşlarla növbəti qəbul keçirildi.

Qəbulda Biləsuvar rayon İcra Hakimiyyətinin  Başçısı Mahir Quliyev, İH Başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və  təşkilat rəhbərləri iştirak  etdi.

Qəbul zamanı Biləsuvar şəhərindən 3, Xırmandalı kəndindən 2 nəfər, Amankənd kəndindən 1 nəfər, Ağayrı kəndindən 1 nəfər,Nəsimi kəndindən 3 nəfər, Bağbanlar kəndindən 1 nəfər,  Aşağı Cürəli kəndindən 2 nəfər, Ağalıkənd kəndindən 2 nəfər olmaqla ümumilikdə 15 vətəndaşın müraciəti dinlənildi.

Vətəndaşlar tərəfindən qaldırılan müraciətlər əsasən  yeni yaşayış məhəllələrində nasaz elektrik dirəklərinin  və xətlərin yeniləri ilə əvəzlənməsi, məhəllədaxili yolların qum-çınqılla örtülməsi, suvarma kanallarının çəkilməsi, ünvanlı sosial yardım verilməsinə köməklik göstərilməsi,içməli su ilə təminatın yaxşılaşdırılması üçün kənddə əlavə su boru xəttinin çəkilməsi və sair məsələlərlə bağlı olmuşdur.

Qəbulda hər bir vətəndaşı narahat edən məsələ rayonun aidiyyəti idarə rəhbərinin iştirakı ilə analiz olunaraq problemin həlli barədə konkret tapşırıqlar verildi.

Operativ  idarəetmə  mərkəzi vasitəsilə keçirilən qəbulda   sakinlər  İcra Hakimiyyətinin inzibati  binasına gəlmədən icra nümayəndəliklərində quraşdırılmış texniki vasitələrin köməyi ilə birbaşa  müraciət edərək öz problemlərini bildirirlər.

Vətəndaşların operativ qaydada qəbulu bir daha onu göstərir ki, yaradılan bu şərait nəticəsində sakinlər qısa zaman kəsiyində onları narahat edən problemlərini aidiyyəti təşkilatlara çatdıra bilir və beləliklə qaldırılan məsələlər kompleks şəkildə həll olunur.

Keçidlər