Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli və Amankənd kəndlərində vətəndaşlarla səyyar qəbulu və görüşü keçirildi.
04 fevral 2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli və Amankənd kəndində vətəndaşlarla səyyar qəbulu və görüşü keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Aşağı Cürəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi Aşağı-Cürəli və Muğan kəndləri daxildir. Aşağı Cürəli kəndi rayonun cənub-şərq, Muğan kəndi isə rayonun cənub istiqamətində yerləşir. Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Əsgərabad, Dərvişli Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 7810 təsərrüfat, 3420 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 əsas məktəb, 1 müasir tələblərə cavab verən həkim ambulatoriyası, 1 klub, 1 poçt, 2 kitabxana fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Cənab Prezidentin 2012-ci il tarixli Sərəncamı ilə kəndin mərkəzi avtomobil yolu asfaltlaşdırılmış, yeni təbii qaz xətləri çəkilmiş, 450 şagird yerlik yeni məktəb binası, tibb məntəqəsi və poçt binası inşa olunmuş, elektrik təsərrüfatı yeniləşdirilmiş, “Modul” tipli su durulducu qurğu quraşdırılmış, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir. Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
Tədbirdə Aşağı Cürəli kənd İcra nümayəndəsi Qalib Bağırov çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi.
Kənd sakinləri M.Xammədov, H.Qurbanov, V.Nuriyev, Ə.Rzayev, B.Əzizov və başqaları çıxış edərək Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirdilər və görülən bu abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdilər.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, firəvan yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. M.Quliyev Aşağı Cürəli kəndində də son illərdə bir çox quruculuq işləri aparıldığını qeyd edərək bildirdi ki, digər kəndlərimiz kimi Aşağı Cürəli kəndində də 450 yerlik yeni məktəb binası, yeni tibb məntəqəsi, poçt binası tikilib istifadəyə verilmişdir.Qaz, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılıb, kəndin yeni yaşayış massivlərindəki yollara qum-çınqıl örtük qoyulur, şor kollektorları qazılır, yeni infrastruktur layihələr həyata keçirilir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir.Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Aşağı Cürəli kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Qəbul zamanı müraciət edən 4 vətəndaşdan 2 müraciətinin icrası ilə bağlı yerindəcə göstəriş verildi, digər vətəndaşların problemlərinin həlli müəyyən vaxt apardığı üçün icrası ilə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.
Amankənd kəndi rayonun cənub istiqamətində yerləşir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Dəvrişli, Ağalıkənd, Ovçubərə kəndləri ilə sərhəddir.Nümayəndəlikdə 830 təsərrüfat, 3840 nəfər əhali yaşayır. Amankənd kəndi üzrə 1 tam orta, 1 ümumi orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 mədəniyyət evi, uşaq bağçası, elektrik yarımstansiya və yerli ATS fəaliyyət göstərir.
Tədbirdə Amankənd kənd İcra nümayəndəsi Əlövsət Hüseynov çıxış edərək ötən müddət ərzində görülmüş işlərdən danışmış və bildirmişdir ki, regionların inkişafı çərçivəsində kəndimizdə də tikinti abadlıq işlər görülmüş, 220 şagird yerlik tam orta məktəb üçün yeni bina inşa olunmuş, uzunluğu 3 km olan mərkəzi yol asfaltlaşdırılmış,”Modul” tipli sudurulducu qurğu inşa edilmiş, yeni salınmış yaşayış massivi və kəndaxili yollar qum-çınqıl qarışığı ilə təmir olunmuş, ərazidəki şor kollektorları lildən təmizlənmişdir. Amankənd kəndi hazırda təbii qazla və fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur. Ə.Hüseynov Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın bütün bölgələrinə, o cümlədən Amankənd kəndinə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdi.
Kənd sakinləri çıxış edərək onlara göstərilən bu diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda da geniş abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz hərtərəfli inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir. Yollarımız təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidənqurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə insanları narahat edən heç bir problemlər olmayacaq.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Amankənd kənd sakinlərinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Qəbul zamanı müraciət edən 6 vətəndaşdan üçünün müraciəti yerindəcə həll olundu, 3 nəfərin probleminin həlli ilə bağlı müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.