Biləsuvar rayonunda 2 Fevral-Gənclər günü tədbiri keçirildi.
02 fevral 2015-ci ildə Biləsuvar rayonundakı “Zirvə” şadlıq evində Gənclər günü münasibətilə tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova, rayon Gənclər və idman İdarəsinin rəsisi Aqşin Bağırov, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarında çalışan gənclər,ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr, idmançılar və fəal gənclər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov çıxış edərək rayon gənclərinin 2014-cü ildə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsi gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaratmışdır.Müstəqil Azərbaycanın bugünki gəncləri ölkəmizdə həyata keçirilən əhəmiyyətli layihələrin ən fəal iştirakçılarıdır.Dövlət başçımızın yüksək qayğısı sayəsində Azərbaycan idmançılarının xoş sədaları dünyanın ən mühüm turnirlərindən eşidilir.Respublika gənlərinin tərkib hissəsi olan biləsuvarlı gənclərimizdə bu gün cəmiyyətimizin bütün sferasında əzmkarlıq və fədakarlıq göstərir,rayonumuzun ictimai-siyasi həyatında,aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərində yaxından iştirak edirlər. Rayon əhalisinin 30 faizini təşkil edən gənclərimiz onlara yaradılan bu gözəl şəraitdən istifadə edərək daima ölkəmizin və rayonumuzun adını ucaltmağa çalışırlar.İstər ali məktəblərdə oxuyan tələbələrimiz, istər bayrağımızı dünya ölkələri arasında ən uca zirvələrdə dalğalandıran idmançılarımız, istərsədə digər sahələrdə çalışan gənclərimiz bu gun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında birləşərək ölkəmizin işıqlı gələcəyi naminə, min illərlə müstəqil yaşaması naminə var qüvvələrini əsirgəmirlər.
A.Bağırov bildirdi ki, türk dünyasının iftixarı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yenilməz hünəri və qəhrəmanlığı bu gün gənclərimiz üçün bir örnəkdir. Təsadüfi deyil ki,Biləsuvarlı gənclər bu gün hərbi xidmət borclarını yerinə yetirməyə həvəslə yola düşür,vətənə şərəflə xidmət edirlər.
Tədbirdə rayon gəncləri çıxış edərək ürək sözlərini dedilər və istəklərini bildirdilər.
Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova çıxış edərək bildirdi ki,1997-ci ildən fevralın 2-si ümumilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub və bütün MDB və Şərqi Avropa məkanında ilk dəfə Gənclər Günü Azərbaycanda təsis edilib. Hətta Birləşmiş Millətlər Təşkilatı belə Azərbaycandan 1 il sonra, 1998-ci ilin avqust ayında Ümumdünya Gəclər gününü təsis edib.Budur Azərbaycan dövlətinin öz gənclərinə verdiyi dəyər.İstər Ümummilli Liderimiz Heydər Əliyev, istərsə də cənab Prezidentimiz İlham Əliyev tərəfindən gənclərimiz daim qayğı ilə əhatə olunub, daima onların problemləri öyrənilib və həlli istiqamətində addımlar atılıb.Bugün Azərbaycan gəncliyi dünyada öz sözünü deməyə qadir bir gənclikdir.İstər elm, təhsil sahəsində, istərsədə idman uğurlarımız bunu deməyə imkan verir.Ölkə Prezidentinin tapşırığı əsasında gənclərimiz dövlət idarəçilik sisteminin ən yüksək pillələrinə seçilirlər.Onlara çox böyük etimadlar göstərilir.Və əlbəttə ki, gənclər bu etimadları layiqincə doğruldurlar.Bu gün rayonumuzda da gənclərə böyük imkanlar yaradılmışdır. Müasir standartlara cavab verən Olimpiya Idman Kompleksi, Heydər Əliyev Mərkəzi tikilmişdir.Bu şəraitdən yararlanaraq onlar ayrı-ayrı sahələrdə respublikamızı və rayonumuzu təmsil edirlər.Gənclərimiz rayonun idarə,müəssisə rəhbərliyi postlarına irəli çəkilirlər.Bütün bunlar onu göstərir ki, artıq gəclərimiz onlara bəslənilən ümidləri layiqincə doğruldurlar.
X.Qəmbərova bir daha gənclərə öz işlərində müvəfəqiyyətlər arzulayaraq, Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirməklə yeni-yeni qələbələrə imza atmalarını dilədi. Ayrı-ayrı sahələrdə fərqlənən bir qrup gəncə rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olundu.
Tədbirdə gənclərin hazırladıqları səhnəciklər və rəqs nömrələri göstərildi, mədəniyyət işçiləri konsert proqramı ilə çıxış etdilər.