2 iyun tarixində Biləsuvar rayonunda növbəti qanvermə aksiyası keçirilib.
Biləsuvar rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı bölməsinin və “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
Rayon Mərkəzi Xəstəxanasında keçirilən “Sən də bizə qoşul, qan ver, həyat qurtar!” başlıqlı aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin, YAP Biləsuvar rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri, icra nümayəndələri və bələdiyyələr, eləcə də rayon ictimaiyyətinin nümayəndələri olmaqla 194 nəfər donordan qan götürülüb.
Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.