Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Biləsuvar rayonunda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.
03 fevral 2015-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Biləsuvar rayonunda əhalinin tibbi müayinədən keçirilməsinə başlanıldı.
Tədbirin yüksək səviyyədə icrası məqsədilə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 03 fevral 2015-ci il tarixli Sərəncamı imzalanmışdır. Sərəncama əsasən əhalinin tibbi müayinədən keçirilməsinin nəzərdə tutulmuş müddətdə (02 fevral – 01 may 2015-ci il tarixə) başa çatdırılmasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılmış, müayinənin rayonun bütün idarə, müəssisə, və təşkilatlarının kollektivlərini, yaşayış məntəqələrini əhatə etməsi üçün qrafiklər tərtib olunmuşdur. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsini təmin etmək məqsədilə tibb müəssisələri hazırlıq vəziyyətinə gətirilmiş və həkim pediatr, həkim-nevropotoloq, həkim-oftalmoloq, həkim-cərrah, həkim-otorinolorinoloq və digər ixtisaslı həkimlərdən ibarət briqadalar yaradılmışdır.Rayonun aidiyyəti təşkilat rəhbərlərinə, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərə tapşırılmışdır ki, kollektivlərinin və əhalinin tibbi müayinədən keçirilməsində səhiyyə işçilərinə yaxından köməklik göstərsinlər, əhali arasında müvafiq təşkilati-izahat işlərinin aparılmasını təşkil etsinlər.Rayon Təhsil şöbəsi məktəbyaşlı uşaqların qrafik üzrə tibbi müayinədən keçirilməsi üçün lazımi təşkilatı tədbirləri həyata keçirsin.
Yerli mətbuat orqanlarında əhalinin tibbi müayinəyə cəlb olunması üçün maarifləndirmə işləri aparılır.
2014-cü ildə rayon əhalisinin 83398 nəfəri tibbi müayinədən keçmişdir ki, bu da əhalinin 87,1 faizini təşkil etmişdi.Tibbi müayinənin nəticələrinə görə 2347 nəfər ambulator,180 nəfər stasionar müalicəyə cəlb olunmuş, 195 nəfər respublikanın müxtəlif təyinatlı tibb ocaqlarına göndərilmişdir.