Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
22 yanvar 2015-ci il tarixdə Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri,şəhər ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Biləsuvar şəhər İcra nümayəndəsi Qabil Xammədov hesabat verərək ötən il ərzində görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi.Bildirdi ki, hesabat ilində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda da abadlıq və quruculuq işləri çox böyük uğurla həyata keçirilib.Ötən il Biləsuvar şəhəri H.Əliyev küçəsində hasarların tikintisi, dekorativ üzlük aqlay daşlarla üzlənməsi və yeni işıqlandırma dirəkləri quraşdırılması işi başa çatmışdır. Şəhərin T.İsmayılov, M.Əsədov, 1 may, C.Cabbarlı küçələri asfaltlanmışdır.Biləsuvar şəhərinin kanalizasiya sisteminin tikintisi davam etdirilir, kanalizasiya çəkilişi aparılmış küçələrə qum-çınqıl tökülərək hamarlanır.Hesabat dövründə şəhərin C.Cabbarlı küçəsində 100 yerlik, M.İbrahimov küçəsində 200 yerlik uşaq bağçaları tikilmiş, yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
İcra nümayəndəsi bildirdi ki, Biləsuvar şəhər əhalisinin sayı artaraq 01 yanvar 2015-ci il tarixə 21640 nəfər olmuşdur.Hazırda ərazidə 4 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 məktəb-lisey kompleksi, İnernat məktəbi, Olimpiya İdman Kopleksi, Mərkəzi Xəstəxana, 3 məktəbəqədər tərbiyə müəssisəsi, 450 yerlik mədəniyyət evi, poçt və rabitə şöbələri fəaliyyət göstərir. 2014-cü ildə şəhər əhalisi tərəfindən 1012,0 ha buğda 1527,0 ha arpa, 590,0 ha digər əkinlər aparılmışdır. İri buynuzlu mal-qaranın baş sayı 1511 baş, xirdabuynuzlu mal-qaranın baş sayı isə 11500-ə çatmışdır.
Ölkə Prezidentinin Şəhid ailələrin və Qarabağ Müharibəsi Əlillərinə göstərdiyi diqqət və qayğını rəhbər tutaraq Biləsuvar şəhərində yaşayan 29 Qarabağ Müharibəsi Əlili və 28 Şəhid ailəsi daima diqqət mərkəzində saxlanılmış, onların qarşılaşdıqları problemlərinin həllində yaxından köməklik olunmuşdur. Ölkə Prezidentinin bu insanlara olan qayğısının nəticəsi olaraq bu koteqoriyadan olan 23 ailə evlə təmin olunmuş, 7 nəfər pulsuz maşın verilmişdir. Biləsuvar şəhər ərazisində 34 ailə, 130 nəfər məcburi köçkün məskunlaşmışdır. Onlara mütəmadi əlaqə saxlanılır, dövlət tərəfindən verilən yardım vaxtında çatdırılır. Bu koteqoriyada olan insanlar rayon rəhbərliyinin də diqqətindən kənarda qalmamış, Qurban bayramında, Novruz bayramında və digər tədbirlərdə onlara yardımlar edilmişdir. Q.Xammədov bildirdi ki, nümayəndəliyimiz 2014-cü ildə də öz fəaliyyətini “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun qurmuşdur. İl ərzində iş planına uyğun olaraq nümayəndəlikdə şəhər əhalisinin problemlərinin həlli ilə bağlı məsələlər şəhər bələdiyyəsi ilə birlikdə müzakirə olunmuş, müəyyənləşdirilmiş işlərin icrası təmin edilmişdir. Həftənin bütün iş günlərində vətəndaşların qəbulu keçirilmiş, III günlər isə belə qəbullar şəhər bələdiyyəsi ilə birgə təşkil edilmişdir. Bundan başqa vətəndaşların problemlərinin həlli ilə bağlı rayon İcra Hakimiyyətinə müraciətlərini asanlaşdırmaq məqsədilə nümayəndəlikdə İcra Hakimiyyətindəki operativ idarəetmə mərkəzi vasitəsilə həftənin beşinci günləri canlı bağlantı vasitəsilə onları narahat edən məsələlərin həllinə köməklik edilir.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyevin şəhər əhalisi ilə keçirdiyi səyyar qəbullarda, qaldırılan məsələlər aidiyyatı təşkilatlar tərəfindən vaxtında həll olunduqdan sonra sənədləşdirilərək ayrı-ayrı qovluqlara tikilir, vətəndaşa bu barədə rəsmi məlumat verilir. Vətəndaşlar tərəfindən daxil olmuş ərizələrə müvafiq qaydada rəsmi cavablar verilmişdir.
Hesabat yığıncağında şəhər sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın bu günkü hərtərəfli inkişafından danışaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda o, cümlədən Biləsuvar şəhərində də abadlıq- quruculuq işləri həyata keçirilir. O,qeyd etdi ki, ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki,məhz bu gün ölkəmiz hərtərəfli inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir. Yollarımız təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda insanları narahat edən heç bir problemlər olmayacaq.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev əhalinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.